7 C
Baku
Thursday, December 12, 2024

Hüquqşünas – Facility Management Group

0
Hüquqşünas – Facility Management Group
Bakı
13.10.2023

Nə təklif edirik?

  • Bazar rəqabətinə uyğun əmək haqqı;
  • Könüllü tibbi siğorta;
  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
  • Peşəkar komanda ilə işləmək fürsəti;
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları.

İşin təsnifatı:

  • Azərbaycan Respublikasının mülki, mülki-prosessual, inzibati, inzibati-prosessual, əmək, daşınmaz əmlak qanunvericiliyini bilmək və tətbiq etmək bacarığı;
  • Azərbaycan-ingilis dillərində mülki-hüquqi müqavilə layihələrinin hazırlanması, ekspertizası, təhlili, rəy verilməsi və kontragentlərlə razılaşdsırılmasını təmin etmək;
  • Hüquq şöbənin icraatında olan işlərə  qanunvericiliyin tələbinə uyğun şəkildə baxılmasını, rəy verilməsi və icrası ilə əlaqədar müvafiq sənədlərin layihələrinin hazırlanmasını təmin etmək;
  • Məhkəmə instansiyalarına təqdim olunması üçün sənədləri (iddia, etiraz, şikayət və s.) hazırlamaq, tələb olunan əlavə sənədləri toplamaq və şirkəti müvafiq işlərdə təmsil etmək;
  • Şirkətin struktur bölmələrinin fəaliyyətinin hüquqi tənzimlənməsini təmin edən daxili tənzimləyici sənədlərin (qayda, prosedur, təlimat və s.) hazırlanmasını təmin etmək;
  • Vəzifə və funksiyalarından irəli gələn digər vəzifələri yerinə yetirmək;
  • Rəsmi qurumlardan  xüsusi razılıq (lisenziya), icazə, texniki şərt və digər sənədlərin alınması və ya rəsmiləşdirilməsi;
  • Daşınmaz əmlak obyektlərinin kommunal xidmətlərlə təchiz olunması, müvafiq texniki-təchizat sistemlərinin müayinəsi və texniki baxışı proseslərinin rəsmiləşdirilməsi işlərinin aparılmasında iştirak etmək, müvafiq işləri təşkil etmək;
  • Daşınmaz əmlaklarında kommunal xidmətlər (su, elektrik, qaz) üzrə sərfiyyatı qeydə alan nəzarət, ölçü və sayğac cihazlarının, müvafiq texniki qurğu və avadanlıqların quraşdırılması, texniki baxışı, təmiri, dəyişdirilməsi və s. rəsmiləşdirilməsini təşkil etmək;
  • Kirayə/istifadə hüququ əsasında müvəqqəti yaşayan əcnəbilərin qanunvericiliklə müəyyən olunmuş qaydada yaşayış yeri üzrə qeydiyyata alınması üçün tələb olunan sənədlərin hazırlanması və rəsmiləşdirilməsi işlərini aparmaq;
  • Vəzifə və funksiyalarına aid edilmiş biznes və ya inzibati proseslər üzrə daxili tənzimləyici sənədlərin layihələrini hazırlamaq;
  • Funksiyalarından irəli gələn digər vəzifələri yerinə yetirmək.

Tələblər:

  • Hüquqşünaslıq və ya Beynəlxalq Hüquq ixtisası üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə  minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan, rus və ingilis dilləri biliyi;
  • MS Office proqramları biliyi;
  • Məsuliyyət, təşkilatçılıq və qərarvermə bacarıqları;
  • Ünsiyyət və komanda ilə işləmək bacarığı.

CV-nizi mövzu bölməsində “Hüquqşünas” qeyd etməklə elektron ünvanına göndərməyiniz xahiş olunur.

Daxil olan müraciətlər dəyərləndiriləcək və yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaHüquq