8 C
Baku
Thursday, December 12, 2024

Hüquqşünas – İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi

0
Hüquqşünas – İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Bakı
21.02.2023

Vakansiyanın təsviri

  • İqtisadi qanunvericilik aktlarının hazırlanmasında iştirak etmək;
  • Mərkəzin hüquqi xarakterli sənədlərini hazırlanmaq və rəsmiləşdirmək;
  • Mərkəzin hüquqi sənədlərinin hazırlanmasında qanunvericiliyə riayət olunmasını təmin etmək;
  • Sənəd və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
  • Müqavilələrin hazırlanması, müqavilələrə hüquqi rəy vermək;
  • Departamentlərin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvercilik çərçivəsində həll etmək;
  • Məhkəmələrin və digər dövlət orqanlarının Mərkəzin mənafeyinə zidd olan qərarlarından şikayətlərin verilməsini təmin etmək;
  • Mərkəzin fəaliyyətini tənzimləyən bütün növ qərarlara, əmr və sərəncamlara, təşkilat daxili əsasnamə, qayda və təlimatlara hüquqi rəy vermək;
  • Mərkəzin məhkəmədə təmsil edilməsi, irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlər görmək;
  • Müqavilə, maliyyə və əmək intizamının möhkəmləndirilməsi sahəsində təkliflərin hazırlanmasında iştirak etmək;
  • Mərkəzə daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavab hazırlamaq;
  • Dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
  • Mərkəzdə hüquqi sənədləşməni sistemləşdirmək və uçotunu aparmaq.
  • Son müraciət tarixi 12 mart 2023-cü il

Xüsusi tələblər

  • Təhsil və ixtisas tələbləri: Hüquqşünas ixtisası üzrə ən azı magistr səviyyəsində təhsil ( elmi dərəcənin olması arzuolunandır);
  • Staja dair tələb: müvafiq sahədə ən azı 3  il  iş təcrübəsi
  • Kompyüter biliklərinə dair tələblər: MS Office, Internet və s. – yüksək səviyyədə,
  • Dil bilikləri: azərbaycan və ingilis – yüksək səviyyədə, rus və digər xarici dil bilikləri arzuolunandır;
  • Xüsusi bacarıqlar: qanunvericilik aktlarının hazırlanması, habelə, korporativ və müqavilələr hüququ üzrə təcrübəyə malik olmaq, dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, problemi həll etmək və qərarvermə qabiliyyəti, ünsiyyət qabiliyyəti.
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları, Hüquq