11 C
Baku
Tuesday, November 26, 2024

Hüquqşünas köməkçisi -METAK

0
Hüquqşünas köməkçisi -METAK
07.08.2019

Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satışı ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. Şirkətin istehsal sexlərində 2000-ci ildən müxtəlif metallardan döymə məmulatları hazırlanmağa, 2003-cü ildən polad boru kəməri elementləri (dirsək və keçidlər), 2005-ci ildən isə müxtəlif təyinatlı tikinti-quraşdırma işləri üçün nəzərdə tutulan tikinti ayaqaltıları və dirəkləri istehsal olunmağa başlanmışdır. Həmçinin, 2005-ci ildən bazar tələbatını nəzərə alaraq, yüksək keyfiyyətli polipropilendən hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. METAK şirkətinin nüfuzunu həm istehsal etdiyi mallara ölkə miqyasında olan tələbatdan, həm də Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər MDB bazarlarında dünya üzrə aparıcı istehsalçılarla uğurla apardığı rəqabətdən də aydın görmək olar. Hal-hazırda METAK brendi altında alıcılara 2500-ə yaxın məhsul çeşidi təklif olunur. 2017-ci ildə METAK 20 illik yubileyini qeyd etmişdir və 800 nəfərlik əməksevər kollektivi ilə yeni parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.

Hüquqşünas köməkçisi

İş barədə məlumat:

• Məhkəmə mübahisələrinin hüquqi baxımdan həlli üçün müvafiq tədbirlərin görülməsi (iddia ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin hazırlanması və s.)
• Hüquqi xarakterli daxili sənədlərin işlənib hazırlanması;
• Mülki müqavilələrin və layihələrin hazırlanması; 
• Müqavilə layihələri üzrə ixtilafları həll etmək üçün tədbirlərin görülməsi; notarial təsdiqin və ya ayrı növ müqavilələrin dövlət qeydiyyatı ilə təmin edilməsi
• Şirkət işçiləri ilə müxtəlif hüquqi məsələlər üzrə yazılı və şifahi məsləhətləşmə, hüquqi sənədlərin tərtib edilməsində hüquqi köməyin göstərilməsi;
• Şirkətin fəaliyyətinin həyata keçirilməsi məqsədilə lisenziya, icazənin alınması üçün ərizə, tələbnamə və digər sənədlərin hazırlanması; 
• Tam məxfiliyə riayət edilməsi.

Tələblər:

• Ali hüquqi təhsil (kommersiya yönümlü arzuolunandır); 
• İxtisas üzrə 1 il iş təcrübəsi;
• Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək;
• Hüququ sənədləşməni tərtib etmə bacarıqları;
• Kompüter bacarıqları (xüsusilə MS Word, Excel, Internet); 
• Dürüst, stresədavamlı, məsuliyyətli.

Əlavə şərtlər:

• Əmək haqqı danışıq əsasında müəyyən olunur;
• 5 günlük iş həftəsi;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Maraqlananlar saytımızda yerləşdirilmiş onlayn-anketi https://www.metak.az/resume/resume.php?vid=106 dolduraraq, 09.09.2019 – ci il tarixinə kimi müraciət edə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaHüquq