04.05.2023
Vəzifə öhdəlikləri:
- Hüquqi fəaliyyət üzrə metodik və normativ materiallar hazırlamaq.
- Xidmətin müxtəlif subyektlərlə bağladığı müqavilələrin ekspertizasının aparmaq.
- Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində bir başa rəhbərinə təkliflər vermək.
- Fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq.
- Xidmətin fəaliyyətində qanunlara əməl olunmasını və onun qanuni mənafelərinin müdafiəsini təmin etmək.
- Xidmətdə hazırlanmış əmrlərin, əsasnamələrin və digər hüquqi xarakterli aktların layihələrinin hüquqi ekspertizasını həyata keçirmək, onları təsdiq etmək, habelə zəruri hallarda bu sənədlərin hazırlanmasında iştirak etmək.
- Mövcud qanunvericiliyə zidd olaraq qəbul edilmiş hüquqi aktların dəyişdirilməsi və ya ləğv edilməsi üçün tədbirlər görmək.
- Xidmətin fəaliyyətində yaranan hüquqi məsələlərə dair rəylərin, habelə Xidmətə baxılmaq üçün daxil olan normativ hüquqi aktların layihələrinin hazırlanmasını təşkil etmək.
- Struktur bölmələrə hüquqi dəstək göstərmək.
- Məhkəmə işlərində hüquqi sənədlərin (iddia ərizələri, etirazlar, apelyasiya şikayətləri və s.) hazırlamaq.
- Məhkəmələrdə Xidməti etibarnamə əsasında təmsil etmək.
- Rəhbərliyin tapşırığı ilə mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları, müəssisə və təşkilatlar, beynəlxalq və qeyri-hökumət təşkilatlarında Xidməti təmsil etmək.
- Xidmətin inkişaf konsepsiyasının həyata keçirilməsində, dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsi üzrə təkliflərin hazırlanmasında və icrasında öz səlahiyyətləri daxilində iştirak etmək.
- Şöbə tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək
Namizədə dair tələblər:
- Ali hüquqi təhsili.
- Hüquq sahəsində 5 ildən yuxarı iş təcrübəsi, o cümlədən 2 ildən yuxarı idarəetmə təcrübəsi;
- Hüquqi aspektlərlə bağlı problemləri müəyyən etmək və mümkün həll yollarını tapmaq bacarığı.
- Azərbaycan dilində səlis yazmaq və danışmaq.
- Xidmətin fəaliyyət istiqamətlərini müəyyən edən əsas normativ hüquqi aktları, dövlət siyasətini və qanunvericiliyin ümumi əsaslarını bilmək;
- Satınalma, təchizat, müqavilə proseslərindən xəbərdar olmaq;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Məsuliyyətlilik, detallara nəzarət, operativlik;
- Qrup və fərdlər qarşısında təqdimat bacarıqları və təcrübəsi;
- Komandada və fərdi şəkildə işləmə bacarığı;
- Sistematik işləmək bacarığı, nizam intizam, və vaxtın düzgün idarə edilməsi;
- Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması.
Əmək şəraiti:
- İş yeri: Bakı və Qarabağ ərazisi
- İş rejimi: 5 gün, 09:00 – 18:00
- Əmək haqqı: 1430 AZN (net)
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan elektron ünvana, mövzu hissəsində “Hüquqşünas” yazmaqla göndərə bilərlər. [email protected]
Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
İşin aid olduğu sahə
Kateqoriya | Hüquq |