Bakı
20.12.2023
Vakansiyanın təsviri
- Təşkilat daxili hüquqi sənədləşmə işlərində, hüquqi rəylərin verilməsində, əməliyyatların və proseslərin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsində və hüquqşünaslar tərəfindən icra edilən digər işlərin icrasında hüquqşünaslara köməklik göstərmək
- Müqavilələrin, ərizələrin, məktubların digər bütün növ hüquqi ekspertiza tələb edən sənədlərin tərtib edilməsini və ya nəzərdən keçirilməsini təmin etmək və ya həmin işlərin icrasında hüquqşünaslara köməklik göstərmək
- Təşkilatın korporativ hüquqi sənədlərinə dəyişikliklərin, həmçinin filial və nümayəndəliklərin qeydiyyatının təmin edilməsi üçün zəruri olan işlərin icra edilməsi
- Təşkilatın tərəf olduğu mübahisələr üzrə iddia ərizələrinin, şikayətlərin, vəsatətlərin və digər məhkəmə sənədlərinin hazırlamasında və məhkəmə işinin aparılmasında hüquqşünaslara köməklik etmək
- Zərurət olduqda Təşkilatı məhkəmələrdə və digər dövlət idarə, müəssisə və təşkilatlarda, o cümlədən hüquq mühafizə orqanlarında təmsil etmək
- Rəhbəri tərəfindən qoyulan digər müvafiq tapşırıqları tələb edilən qaydada icra etmək
Xüsusi tələblər
- Hüquqşünaslıq üzrə bakalavr dərəcəsi
- Mülki, mülki prosesual və bank sahəsi üzrə qanunvericiliyi bilmək
- Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq
- Zərurət olduqda məhkəmə proseslərinə iştirak etmək imkanına malik olmaq
- MS Office proqramlarını yaxşı bilmək
- Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri
- İş qrafiki: 5 günlük, saat: 09:00-dan – 18:00-dək
- Ünvan: Bakı şəhəri Nəsimi rayonu, V.Plotnikov 8
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Hüquq |