9 C
Baku
Wednesday, November 13, 2024

Hüquqşünas (Sumqayıt / Masallı / Ağdaş / Şirvan) – Aztelekom

0
Hüquqşünas (Sumqayıt / Masallı / Ağdaş / Şirvan) – Aztelekom
Ağdaş, Masallı, Şirvan, Sumqayıt
29.11.2023

Təsvir:

  • Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək, hüquqi təhlil işini icra etmək;
  • Filialdaxili əmr, təlimat, qayda, tərtib etmək, onlara dair rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
  • Dövlət orqanlarında şirkəti təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədləri hazırlamaq;
  • Filialın struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar yarana biləcək hüquqi mübahisələrin tənzimlənməsi, mənafelərinin məhkəmələrdə və digər dövlət orqanlarında, eyni zamanda fiziki və hüquqi şəxslərə qarşı hüquqi müdafiəsini təmin etmək;
  • Şirkətin tərəf olduğu məhkəmə mübahisələrində iştirak etməklə, ona verilmiş səlahiyyətlər çərçivəsində şirkətin qanuni maraqlarının etibarlı müdafiəsini təmin etmək;
  • Rabitə xətlərinin və avadanlıqlarının mühafizəsi qaydalarının pozulması hallarında təxirəsalınmaz hüquqi tədbirlər həyata keçirmək, cinayət xarakterli olduğu halda cinayət işlərinin başladılmasını və aparılan cinayət işlərinin təqib edilməsini təmin etmək, o cümlədən məhkəmələrdə şirkətin maraqları naminə iddialar qaldırmaq və onların şirkətin lehinə təmin edilməsi üçün vicdanlı və məsuliyyətlə çalışmaq;
  • Mütəmadi olaraq rabitə xətt qurğularının zədələnməsinə qarşı görülən hüquqi tədbirləri təhlil etmək, nəticəsi barədə rəhbərliyə məlumatlar hazırlamaq, vurulmuş zərərin ödətdirilməsi (kompensasiya edilməsi) istiqamətində hüquqi tədbirlər görmək;
  • İdarəetmə orqanlarının qərarlarının icrasına nəzarət etmək;
  • İnzibati xəta üzrə və ya cinayət işləri üzrə icraatlar zamanı şirkəti təmsil etmək;
  • Birbaşa rəhbərinin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək.

Tələblər:

  • Ali hüquq təhsili olmalı;
  • Hüquq sahəsi üzrə ən azı 3 (üç) il iş təcrübəsinə malik olmalı;
  • Məhkəmə və icra orqanları ilə iş üzrə təcrübəsi olmalı;
  • Normativ-hüquqi aktlarla və onların tətbiqi qaydaları ilə iş təcrübəsi olmalı;
  • Müqavilələrlə iş təcrübəsi olmalı;
  • Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli;
  • Hüquqi nitq və yazışma qabiliyyəti olmalı;
  • Azərbaycan dilini sərbəst bilməli, ingilis və rus dillərini bilməsi arzuolunandır;
  • Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməli;
  • Yüksək ünsiyyət, komandada iş və analitik təhlil bacarıqlarına malik olmalı;
  • İşgüzar, təşəbbüsçü və məsuliyyətli olmalı.

Müraciət linki

İşin aid olduğu sahə

KateqoriyaHüquq