21.06.2023
Vəzifə öhdəlikləri:
- Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;
- Əmtəə nişanlarının qeydiyyata alınması və müddətinin uzadılması;
- Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanıb təqdim edilməs;
- Məhkəmədə və digər dövlət orqanlarında şirkətin maraqlarının qorunması və təmsili;
- Etibarnamələrin hazırlanması;
- Notarius işlərinin təşkili və sənədlərin təsdiqi;
- Təsis sənədlərində dəyişikliklərin qeydiyyata alınması ilə bağlı işlərin icrası;
- Viza və miqrasiya məsələlərinin təşkili;
- Daxil olan sorğuların cavablandırılması;
- Struktur bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərinin qanunvericilik çərçivəsində həlli;
- Əməklə bağlı mübahisələrə və əmək müqavilələrinin təyinatına aid konsultasiya dəstəyini vermək;
- Mülki, Mülki – prosessual, cinayət, cinayət-prosessual, inzibati xətalar, əmək qanunvericiliyi ilə işləməyi bacarmaq;
- Müqavilələrin hazırlanması və ekspertizası;
Əsas tələblər:
Təhsil:
- Hüquq üzrə ali təhsil.
İş təcrübəsi:
- Müvafiq sahədə 5 il iş təcrübəsi.
Professional biliklər:
- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- Hüquqi nitq və yazışma qabiliyyəti;
- Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək, İnzibati Xətalar Məcəlləsini, Normativ hüquqi aktlar, İcra haqqında qanunu, Əmək Qanunvericiliyini və Beynəlxalq Qanunvericiliyi bilməli;
- Azərbaycan, rus və ingilis dillərində yazılı bacarığı;
- Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı;
- Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi.
Professional bacarıqlar və kompetensiyalar:
- İş bölgüsü
- Danışıqların aparılması
- Ünsiyyət bacarıqları
- Detallara diqqət
- Nəticə yönümlülük
- Məsuliyyət
İş şəraiti:
- 5 günlük iş rejimi
- Şənbə və bazar günləri istirahət.
- İş yeri: Koroğlu m. Anbarım.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Hüquqşünas” yazaraq CV göndərməklə müraciət edilir. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Hüquq |