9 C
Baku
Friday, December 27, 2024

Hüquqşünas – Zeytun Pharmaceuticals

0
Hüquqşünas – Zeytun Pharmaceuticals
Bakı
13.06.2023

Vakansiyanın təsviri

  • Şirkətin bütün struktur bölmələrində mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılmasında iştirak edilməsi;
  • Qüvvədə olan mülki, əmək, vergi, inzibati qanunvericilik və qanunvericiliyin digər sahələri üzrə hüquqi məsləhətlərin verilməsi;
  • Şirkətin hüquqi maraqlarının məhkəmələrdə, hökümət orqanlarında və özəl idarələrdə təmsil edilməsi, həmçinin, məhkəmə işlərinin və məhkəmə qərarlarının icrası proseslərinin aparılmasıı
  • Daxili korporativ aktların, əmr, təlimat, prosedur-qaydaların, əsasnamələrin hazırlanmasında iştirak edilməsi və onların hüquqi ekspertizası;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərin müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablandırılması;
  • Müəssisənin adından bağlanılan bütün əqdlərin hüquqi ekspertizadan keçirilməsi, qanuna, müəssisənin mənafelərinə uyğun оlаn əqdlərin (müqаvilələrin) imza ilə təsdiqi və yа onlara dair yаzılı rəyin vеrilməsi, həmçinin, qаnunа, habelə müəssisənin mənafelərinə zidd əqdlərin tətbiqinin qarşısının alınması barədə rəhbərliyə səbəbi açıqlanmaqla yаzılı rəyin vеrilməsi;
  • Məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi;
  • Müəssisənin fəaliyyəti üzrə müvafiq qanunvericiliyin, ona edilən əlavə və dəyişikliklər, onların ləğv olunması baxımından öyrənilməsi, onların müəssisənin maraqları baxımından təhlil edilməsi;
  • Müəssisənin fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində iştirak və s.
  • İş yeri: BEGOC Biznes Mərkəzi
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
  • Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.

Xüsusi tələblər

  • Hüquq üzrə ali təhsil (magistr dərəcəsinin olması üstünlükdür);
  • Korporativ hüquq sahəsində 5 il iş təcrübəsi;
  • AR-nın mülki, əmək və inzibati prosessual qanunvericiliyi üzrə yüksək səviyyədə biliklər;
  • Rus dili biliyi;
  • Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı.
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaHüquq