İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.
Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işimizdə sadə, ünsiyyətimizdə isə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Kreditlərin Bərpası Departamentinin İcra Orqanları ilə İş şöbəsi üzrə Kiçik mütəxəssis / Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis” vakansiyalarını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Kreditlərin Bərpası_Court Action_Mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
Struktur: Kreditlərin Bərpası Departamenti / İcra Orqanları ilə İş şöbəsi
Vəzifə: Kiçik mütəxəssisi / Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis
Bilavasitə tabeçiliyi: Şöbə müdiri
Vəzifə öhdəlikləri:
• Bankın İcra orqanlarında olan işləri ilə bağlı məhkəmə icraçıları, dövlət və hüquq-mühafizə orqanları ilə əlaqələr yaratmaq;
• Ödənilməmiş borcların qaytarılması məsələləri ilə əlaqədar məhkəmə icra instansiyalarında təşkilatın maraqlarını təmsil etmək;
• Məlumatlar bazasını hazırlamaq – görülmüş işlər haqqında məlumatları informasiya sisteminə daxil etmək;
• Verilmiş etibarnaməyə müvafiq surətdə öz səlahiyyələri çərçivəsində Bankın adından müqavilə bağlamaq;
• Bankın əmlakının alqı-satqı proseslərində iştirak etmək.
Tələblər:
• Bankın dəyərlərinə uyğun davranış;
• Kiçik mütəxəssis və mütəxəssis vakansiyası üzrə bank sahəsində ən azı 1 il iş təcrübəsi, aparıcı və baş mütəxəssisi vakansiyası üzrə bank sahəsində ən azı 3 il iş təcrübəsi (əsasən əməliyyat şöbəsi);
• Məsuliyyət və stresə davamlılıq;
• Effektiv ünsiyyət bacarıqları;
• Tapşırıqların həllində çeviklik;
• Orta səviyyədə kompüter bilikləri (MS Office);
• Xarici dil (Rus və ya İngilis dili) bilənlərə üstünlük verilir.
Biz Sizə nə təklif edirik:
• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
• Müasir idarəetmə sistemi və mehriban kollektiv.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |