10 C
Baku
Saturday, March 2, 2024

İcraya nəzarət şöbəsinin mütəxəssisi – Xalq Bank

0
İcraya nəzarət şöbəsinin mütəxəssisi – Xalq Bank
Bakı
15.12.2021

İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə

Şəhər: Bakı

Namizədə dair tələblər:

  • Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilinin olması;
  • Analoji sahə üzrə və ya bank işi sahəsində minimum 3-5 illik təcrübə;
  • Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
  • İşdə dəqiqlik, stressə davamlılıq və detallara fikirvermə qabiliyyəti;
  • Kollektivdə və gərgin iş qrafikində işləmək bacarığı olmalı;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli;
  • Əmək funksiyalarının yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının mülki, mülki-prosessual, ipoteka haqqında, icra haqqında və digər qanunvericilik və normativ-hüquqi aktlarını, o cümlədən bankdaxili normativ aktları bilməli.

İşin təsviri:

  • Problemli kreditlərlə əlaqədar icraata daxil olmuş məhkəmə qərarlarının icra məmuru tərəfindən vaxtında, tam və düzgün icra edilməsinə nəzarət edir;
  • Məhkəmə qərarlarının icrası zamanı problemli kreditin təminatı kimi girov qoyulmuş əmlakın hərrac təşkilatı tərəfindən satılmasına nəzarət edir, lazım olduqda həmin proseslərdə iştirak edir;
  • İcra məmuru tərəfindən borc tələbinin borclunun gəlirlərinə və digər qiymətli əşyalarına, banklarda və ya digər kredit təşkilatlarında hesablarına  yönəldilməsinin təmin olunmasına nəzarət edir;
  • Bankdaxili normativ aktlarda müəyyən olunmuş və icrası ona həvalə olunmuş vəzifələri vaxtında və nöqsansız icra edir;
  • Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlayır;
  • Məhkəmə qərarlarının icrasından irəli gələrək zəruri hallarda regionlara ezam olunmaq (qısa və uzun müddətli);
  • Şöbənin icraatında olan işlərin xüsusiyyətindən irəli gələrək daxil olmuş sorğulara, müraciət məktublarına və ərizələrə qanunvericiliyə uyğun olaraq cavabların hazırlanması, eləcə də, dövlət və ya qeyri-dövlət orqanlarına Bankın adından müraciət məktublarının hazırlanması;
  • Birbaşa rəhbəri, İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamların qeyd-şərtsiz yerinə yetirilməsi.

QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri: 

Telefon:  (012) 404 43 39

Faks:  (012) 404 43 34 

E-mail: [email protected]

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi