Bakı
07.04.2025
Vakansiyanın təsviri
- İdarə Heyəti sədrinin iştirak etdiyi tədbirləri və görüşləri təşkil etmək, müvafiq iştirakçıları dəvət etmək;
- Xidməti görüşlərdə iştirak edərək müvafiq qeydlər aparmaq, görüləcək tədbirləri nəzarətdə saxlamaq və yeniliklər barədə sədrə məlumat vermək;
- İdarə Heyəti sədrinə təqdim olunmalı hesabatları vaxtında və yüksək keyfiyyətlə hazırlamaq, nəzarət və koordinasiya etmək;
- İdarə Heyəti sədrinin tabeliyində olan əməkdaşlar arasında effektiv kommunikasiyanı təmin etmək;
- Yeni ideyalar üzərində işləmək və onların icrasını izləmək;
- İdarə Heyəti sədrinə təqdim olunmalı məlumatları prioritetləşdirmək;
- İdarə Heyəti sədri tərəfindən tapşırılan digər xidməti fəaliyyətləri yerinə yetirmək.
Xüsusi tələblər
- İş təcrübəsi: İdarə Heyəti sədrinin köməkçisi/Direktorun köməkçisi və ya oxşar vəzifələrdə ən azı 2 il iş təcrübəsi
- Təhsil: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi (iqtisadiyyat, idarəetmə və s. üstünlük verilə bilər);
- Dil bilikləri: Azərbaycan və ingilis dillərində sərbəst danışmaq və yazışma aparmaq bacarığı (rus dili üstünlükdür);
- Kompüter bilikləri: MS Office proqramlarını yüksək səviyyədə bilmək
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |