“İmişli” filialı üçün “Xəzinədar” – Kredit Evi MMC   

    0
    Kredit evi

    Posted 4 ay ago

    “Kredit Evi” MMC   “İmişli” filialı üçün “Xəzinədar” vakansiası elan edir.

    “Xəzinədar” üçün tələblər:


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.

    Yaş həddi: 21-30 yaş

    Cins: Qadın

    • Ali təhsil (riyaziyyat, iqtisadiyyat. maliyyə və mühasibat arzu olunandır);
    • İş təcrübəsi: 1 ildən yuxarı (Xəzinədar vəzifəsi üzrə);
    • Azərbaycan və rus dillərində səlis danışıq bacarığı
    • Nəğd pulla intensiv işləmə bacarığı;
    • Gərgin iş qrafikində işləmək bacarığı;
    • Microsoft Office proqramlarını bilmək və sürətli çap etmə bacarığı;
    • Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti;
    • İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
    • İşdə dəqiqlik və detallara diqqətlilik.

     

    Vəzifə öhdəlikləri:

     

    • Nağd pul və digər vəsaitlərin qəbulu, təslimi, saxlanması və qorunması üzrə əməliyyatların aparılması
    • Müştərilərə xəzinə xidməti göstərilməsi.
    • Kassa dövriyyəsi haqqında hesabat hazırlanması.
    • Mədaxil və məxaric sənədləri əsasında kassa jurnalının aparılması
    • Nəğd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barəsində müəyyən olunmuş formalarda hesabatları təqdim edilməsi.
    • Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması.

     

    Tələblərə cavab verən şəxslər şəkilli CV-lərini (şəkilli cv mütləqdi)   hr@kreditevi.az  ünvanına göndərə bilərlər.

    Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (İmişli – Xəzinədar). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

    Job Features

    Job CategoryƏməliyyatçı

    Apply Online