10 C
Baku
Saturday, November 16, 2024

İnformasiya sistemlərinin təminatı şöbəsinin kiçik mütəxəssisi – PASHA Life

0
İnformasiya sistemlərinin təminatı şöbəsinin kiçik mütəxəssisi – PASHA Life
13.02.2020

Vakansiya haqqında məlumat:

Struktur bölmə: İnformasiya texnologiyaları departamenti, İnformasiya sistemlərinin təminatı şöbəsi
Vəzifə: Kiçik mütəxəssis
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00-18:00
Son müraciət tarixi: 23 fevral 2020-ci il

Əsas vəzifə öhdəlikləri:

1. PC və notebookların format edilməsi və əvvəlcədən müəyyən edilmiş proqramlarla təmin edilməsi;
2. PC, notebook və periferiya qurğulara texniki qulluğun göstərilməsi;
3. Printer, scanner və digər periferiya qurğuların quraşdırılması, kartriclərinin vaxtında dəyişdirilməsi;
4. Şəbəkə kabellərinin standartlara uyğun hazırlanması və çəkilməsi;
5. Daxil olan müraciətlərin sistemdə qeydiyyatının aparılması və operativ həll edilməsi;
6. Birbaşa rəhbərin göstərişi ilə digər aidiyyatı tapşırıqları yerinə yetirmək və şirkətin struktur bölmələrinin sifarişlərini vaxtında və lazımi səviyyədə icra etmək.

Namizədə olan tələblər:

İş təcrübəsi: Tələb edilmir
Təhsili/ixtisası: İstənilən sahə üzrə bakalavr təhsili
Texniki bilikləri: windows sistemləri, şəbəkə protokolları, antivirus proqramları
Dil bilikləri: Azərbaycan dili – əla, rus və ingilis dilləri – orta səviyyədə bilməlidir
Kompüter bilikləri: MS Office – orta
Üstünlüklər: Sahə üzrə iş stajı və sertifikatı olanlara üstünlük verilir
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, komanda işi və əməkdaşlıq, biznes tərəfdaşlığı, inam yaratma, geniş perspektiv, dəyişikliklərə uyğunlaşma.

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az (+994 12) 942
Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək İnformasiya sistemlərinin təminatı şöbəsinin kiçik mütəxəssisi vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaSığorta