25 C
Baku
Saturday, July 27, 2024

İnformasiya təhlükəsizliyi şöbəsinin mütəxəssisi – Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzi mütəxəssisi (SOC analyst) – Xalq Bank

0
İnformasiya təhlükəsizliyi şöbəsinin mütəxəssisi – Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzi mütəxəssisi (SOC analyst) – Xalq Bank
Bakı
07.06.2023

Təsvir:

  • Təhlükəsizlik pozuntularının və digər kiber təhlükəsizlik hadisələrinin araşdırılması;
  • Təhlükəsizlik problemləri üçün kompüter şəbəkələrinin izlənməsi;
  • Hadisə/davranışı anlamaq üçün müxtəlif alət və məlumat qaynaqlarının birbirinə bağlanaraq analiz edilməsi;
  • Təhlükəsizlik hücumları hesabatlarının və vizuallarının hazırlanması;
  • Yanlış müsbətlərin azaldılması üzərində çalışmaq;
  • Hadisə aşkarlama qaydalarının hazırlanması və təkmilləşdirilməsi;
  • Təsirə məruz qalan sistemlərdə proses və sazlamaların təhlil edilməsi;
  • Təhlükəsizlik boşluqlarının aşkar edilməsi üçün nüfuzetmə testi mütəxəssisləri ilə əməkdaşlıq.

Tələblər:

  • Ali təhsil;
  • İT və ya Kiber təhlükəsizlik üzrə ən aşağı 1 il iş təcrübəsi;
  • Təhlükəsizlik divarları, proksi, SIEM, antivirus, EDR/XDR, IDS/IPS həlləri ilə təcrübə;
  • Əməliyyat sistemləri, şəbəkə audit və digər loqları ilə iş təcrübəsi;
  • Skript və proqramlaşdırma dilləri haqqında anlayış;
  • Doğru və aydın hesabat hazırlama bacarığı;
  • Analitik düşünmə bacarığı;
  • Kiber hücum növləri haqqında məlumatlılıq.

Müraciət linki

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi