8.6 C
Baku
Thursday, November 28, 2024

İnformasiya Təhlükəsizliyi şöbəsi/müdir – Expressbank

0
İnformasiya Təhlükəsizliyi şöbəsi/müdir – Expressbank
14.05.2019

İnformasiya Təhlükəsizliyi şöbəsi/müdir

Tələblər:

– Ali təhsil;

– İnformasiya təhlükəsizliyinin idarə edilməsi üzrə minimum 3 (üç) il iş təcrübəsi;

– İnformasiya təhlükəsizliyi sahəsində beynəlxalq standartların tələbləri üzrə biliklərin olması;

– Windows Server əməliyyat sistemlərinin təhlükəsizliyi üzrə bilik və iş təçrübəsi;

– Active Directory, DNS, DHCP, Group Policies, File Server, Exchange Server, Korporativ Antivirus sistemlərinin təhlükəsizliyi üzrə bilik və iş təçrübəsi;

– Mail Gateway, Web Gateway, Thread Detection, Vulnerability Management, SIEM sistemləri ilə iş təcrübəsi arzu olunandır;

– Azərbaycan, rus və texniki ingilis sərbəst dil bilikləri;

– İT və İnformasiya təhlükəsizliyi sahəsində beynəlxalq sertifikatları olanlara üstünlük verilir.

         Vəzifə öhdəlikləri:

–       Bankda informasiya təhlükəsizliyinin idarəetmə sisteminin formalaşdırılması, saxlanılması və inkişaf etdirilməsi;

–       Bankda informasiya təhlükəsizliyi risklərini idarə edilməsi;

–       Bankda kommersiya sirrini təşkil edən məlumatlarının siyahısının hazırlanması;

–       Bankın əməkdaşları tərəfindən bank və kommersiya sirlərinin yayılmasının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi.

–       İnformasiya təhlükəsizliyini təmin edən sistemlərin işinə nəzarət, bankın kompüter şəbəkəsinə kənar şəxslərin qanunsuz daxil olma risklərini minimallaşdırılması;

–       Bankın informasiya resurslarının reyestrinin yaradılması və dəyişiklərin edilməsinə nəzarət;

–       Kontragentlərlə iş birliyi zamanı informasiya təhlükəsizliyi tələblərinə riayət edilməsi;

–       Dələduzluq faktları və informasiya təhlükəsizliyinin pozulması hallarında, daxili araşdırmanın aparılması.


Şəxsi məlumatlarınızı göndərmək üçün anket formasını doldurub [email protected] ünvanına göndərə bilərsiniz. Xahiş olunur yalnız Expressbank-ın CV formasını, göstərilən tələblərə uyğun olaraq, doldurub göndərəsiniz. CV-ni göndərərkən başlıq hissəsində (Vəzifə) vakant olan vəzifəni qeyd etməyi unutmayın. Əks halda CV-lər qəbul edilməyəcək.