9 C
Baku
Thursday, December 12, 2024

İnformasiya Təhlükəsizliyi üzrə Baş mütəxəssis / Aparıcı mütəxəssis – Azericard

0
İnformasiya Təhlükəsizliyi üzrə Baş mütəxəssis / Aparıcı mütəxəssis – Azericard
Bakı
13.12.2022

Vakansiyanın təsviri

  • İT təhlükəsizlik servislərinin proqram-texniki vasitələrinə texniki dəstək, texniki müşayiət (inzibatçılıq) və monitorinq;
  • Layihələrdə iştirak, o cümlədən İT təhlükəsizlik servisləri üzrə planlaşdırma və yeni proqram-texniki vasitələrinin tətbiqi;
  • “SOC – Security operations Center” – istifadə edən informasiya təhlükəsizliyi proqram-texniki alətlərinin effektivliyinin artırılması (“policy tuning”, “rule tuning” və s.);
  • İnformasiya təhlükəsizliyi üzrə tələblərin (siyasət, prosedur, qaydalar və s.) icrasına və standartların tətbiqinə nəzarət;
  • Azəricard şirkətinin İT infrastrukturunda informasiya təhlükəsizliyi risklərin idarəedilməsi, o cümlədən zəifliklərin aşkarlanması, aradan qaldırılması və hesabat;
  • İnformasiya təhlükəsizliyi insidentlərin menecmenti, o cümlədən informasiya təhükəsizliyi hadisələrinin monitorinqi, insidentlərin aşkarlanması, araşdırma (“cyber forensics investigation”) və hesabat;
  • Şirkət daxili əməkdaşların informasiya təhlükəsizliyi, təhdidlər, daxili qaydalar və siyasətlər üzrə məlumatlandırma.

Xüsusi tələblər

  • İnformasiya təhlükəsizliyi sahəsində mütəmadi inkişaf etmək, maraqlı layihələrdə iştirak etmək və öyrənmək istəyi;
  • Ali təhsil;
  • İnformasiya təhlükəsizliyi və ya proqramlaşdırma və ya sistem şəbəkə inzibatçılığı sahəsi üzrə minimum 2 il iş təcrübəsi;
  • İnformasiya təhlükəsizliyi üzrə monitorinq, aşkaretmə, təhlil, təhqiqat (“Computer forensics”, “Network forensics”) və cavabvermə (“Incident response”) bacarıqları və təcrübə;
  • Skriptiq avtomatlaşdırma bacarıqları “powershell”, “python”, “shell” və s.;
  • Beynəlxalq İnformasiya təhlükəsizliyi sahəsində standartlar, təcrübələr haqqında biliklərin olması (ISO, NIST, SANS və s.);
  • Müasir təhlükələrə (“MITRE”), boşluqlara (“CVSS”, ”CVE”) və mühafizə texnologiyalarına (“SIEM”, “SOAR”, “WAF”, “IDS/IPS”, “Firewall”, “AV” və s.) dair biliklər;
  • Təhlil bacarıqları, məsuliyyətli təşəbbüskarlıq, təşkilatçılıq qabiliyyəti, dəqiqlik;
  • Azərbaycan dili səlis, rus və texniki ingilis dillərini yaxşı səviyyədə bilməsi.
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaİT