9 C
Baku
Friday, November 15, 2024

İnformasiya texnologiyaları bölməsinin mütəxəssisi – Vizual proqramçı – PASHA Life

0
İnformasiya texnologiyaları bölməsinin mütəxəssisi – Vizual proqramçı – PASHA Life
Bakı
17.09.2021

Struktur bölmə: İnformasiya texnologiyaları departamenti,İnformasiya texnologiyaları bölməsi
Vəzifə: İnformasiya texnologiyaları bölməsinin mütəxəssisi – Vizual proqramçı
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 2 (iki)
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 30 sentyabr 2021-ci il

Vəzifə Öhdəlikləri:

1. Şirkətin, onun filial və nümayəndəliklərinin işinin avtomatlaşdırılması üçün idarəetmə sistemlərinin yaradılması istiqamətində proqram təminatını, onun tətbiqi üçün verilən tapşırıqları analiz etmək;
2. Proqram təminatı bölməsi üzrə təhkim edilmiş Komanda ilə birlikdə işləmək;
– Proqram kodlarının hazırlanması ( Front End )
– Unit Test Modulların hazırlanması, (Mobile, Dektob, Planşet və s)
– Texniki Test mərhələlərinin aparılması ( Browserlər üzrə)
– Proqram təminatının hazırlanması üçün tapşırıqları izləmək,
– Gündəlik Komanda görüşlərində iştirak etmək, təlimatlar üzrə nəzərdə tutulan işlərin həyata keçirmək və nəzarət etmək
– Biznesə dəstək məqsədi ilə məhsullar üzrə verilmiş texniki tapşırıqların analiz olunması və öncədən görülə biləcək problemləri
3. Şirkətin, PO və Birbaşa rəhbərlərin sifarişlərini vaxtında və lazımi səviyyədə icra etmək;
4. Biznesə dəstək məqsədi ilə məhsullar üzrə verilmiş texniki tapşırıqların analiz olunması və avtomatlaşdırılmasını idarə etmək;
5. Hazırlanmış WebServislərin inteqrasiyalarının aparılmasını təmin etmək
6. Yeni yazılmış prosedur və funksiyaları test etmək;
7. Vizual Proqramçı olaraq şirkətin İT strategiyasına və tələblərinə uyğun proqram təminatlarından istifadə etmək və standartlar daxilində FrontEnd proqramlaşdırma üzrə taskların yerinə yetirilməsini təmin etmək

Namizədə olan tələblər:

– İş təcrübəsi: İnformasiya texnologiyaları üzrə 1 il iş təcrübəsi tələb olunur.
– Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi.
– Dil bilikləri: Azərbaycan dili: əla , Rus dili: orta , İngilis dili: orta
– Üstünlüklər: React JS və React Native bilikləri olanlara üstünlük veriləcəkdir
– Kompüter bilikləri: Jquery: əla, Javascript: əla, HTML: əla, CSS: əla, React JS: əla
– Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, dəyişikliklərə uyğunlaşma

İmtiyazlar:

– Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942
Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaSığorta