12 C
Baku
Thursday, November 14, 2024

İnformasiya Texnologiyaları Departamenti, Biznes Analitik – Modenis LLC eManat

0
İnformasiya Texnologiyaları Departamenti, Biznes Analitik – Modenis LLC eManat
Bakı
16.07.2020

Şirkət : Modenis MMC / eManat.

Vəzifə adı: İnformasiya Texnologiyaları Departamenti, Biznes Analitik

Vəzifə öhdəlikləri:

• Biznes proseslərin texniki analizinin verilənlər bazası modelinin tərtibatı səviyyəsinə qədər detallaşdırılması;
• Biznes proseslər üzrə texniki sənəd (istifadəçi və texniki səviyyədə – use case) hazırlanması;
• Texniki tapşırıq üzrə dəyişikliyin icra dövründə monitorinq edilməsi və dəyişikliyin tələblərə uyğunluğunun yoxlanılması;
• Dəyişiklik edilmiş Biznes prosesin test mərhələsində Sifarişçiyə və Ödəmə Sistemlərinə dəstək komandasına təqdim olunmasında iştirak;
• Biznes prosesin Proqramlaşdırma komandası ilə razılaşdırılması və görülən işlər barədə hesabatların təqdim edilməsi;
• Analiz zamanı report hazırlanmasının mümkünlüyünün təmin edilməsi və yarana biləcək potensial risklərin müəyyən edilməsi;
• İT departamenti, Sifarişçi struktur və digər tərəfdaşlarla (3-cü şəxslər) texniki məsələlərin müzakirə edilməsi və uyğunluğun təmin edilməsi;

Vakant vəzifə üzrə tələblər:

• Tətbiqi riyaziyyat və kibernetika / İnformasiya texnologiyaları sahəsində Ali təhsil;
• Ödəmə sistemləri, BPM prosesləri və ya analitik məlumatların emalı sistemləri üzrə analitik qabiliyyətin olması;
• Web servis üzrə biliklər: Arxitektura növü (Rest/Soap) ;
• APİ Server-lərin sorğulanması bacarığı;
• Sorğulama formatları (JSON / XML) barədə anlayış;
• Sistemlərin arxitekturasını başa düşmək;
• Verilənlər bazasının sorğulanması üzrə biliklər;
• Texniki tapşırıq (istifadəçi və texniki səfiyyədə sənəd hazırlama, ardıcıllıq alqoritmi qurma) hazırlama bacarığı;
• Microsoft Office (Excel, Visio, PowerPoint, Word), Macros;
• Xarici dil bilikləri – İngilis və Rus dili (Texniki tapşırığı anlamaq və tərtib etmək səviyyəsində) ;

İş şəraiti:

• Ofis daxili;
• İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
• Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
• Əmək haqqının 15 gündən bir ödənilməsi;
• Tibbi sığorta təminatının verilməsi;
• Nahar yeməyinin verilməsi;
• “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
• Dəyişkən əməkhaqqı sisteminin tətbiq edilməsi (aylıq bonuslar).

Maraqlananlardan xahiş olunur öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq.
Göndərilən CV-lərdə mövzu adı yerində “İT, biznes analitik” yazılmalıdır.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər