28 C
Baku
Saturday, July 27, 2024

İnformasiya texnologiyaları departamenti \ Reyestr bölməsi \ Mütəxəssis – Azərbaycan Mərkəzi Bankı

0
İnformasiya texnologiyaları departamenti \ Reyestr bölməsi \ Mütəxəssis – Azərbaycan Mərkəzi Bankı
Bakı
06.06.2023

Vakansiyanın təsviri

  • Reyestr bölməsinin inzibatçılığında olan Mərkəzləşdirilmiş Kredit Reyestri (MKRS) və Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri (DƏYDR) sistemlərinin inkişafı və modernləşdirilməsi istiqamətləri üzrə təkliflər işləyib hazırlayır;
  • MKRS və DƏYDR ilə bağlı istifadəçilərə texniki xidmət göstərir;
  • Strateji hədəflərin və Əməliyyat planının icrası üzrə arayışlar və hesabatlar hazırlayır;
  • Biznes proseslərin idarə edilməsi üzrə təhlil işləri aparır və onların sənədləşdirilməsini həyata keçirir;
  • Sistemlərin inkişafı məqsədilə beynəlxalq təcrübəni öyrənir və müvafiq təkliflər verir;
  • Sistemlərin tətbiqi ilə bağlı daxil olan rəy və təklifləri araşdırır;
  • Sistemlərin istismarı üzrə təbliğat və təşviqat işlərini təşkil edir;
  • API spesifikasiyaların təhlili, hazırlanması və sənədləşdirilməsini təmin edir;
  • Data keyfiyyət problemləri üçün səbəb təhlili aparır;
  • Biznes tələblər üzrə məlumatların və hesabatların təhlili, hazırlanması və sənədləşdirilməsini təmin edir.
  • Test mövzuları Bankda risklərin idarə olunması
  • Bank nəzarəti
  • Bank qanunvericiliyi
  • Əməliyyat sistemləri
  • Servis proqram təminatları
  • AİS-lərin qurulması üzrə layihələndirmənin təşkili
  • İnformasiya təhlükəsizliyi
  • Riyaziyyat
  • Məntiq
  • Ümumi kompüter bilikləri
  • İngilis dili

Xüsusi tələblər

  • Təhsil Kompüter elmləri Bakalavr Maliyyə Bakalavr İqtisadiyyat Bakalavr
  • Texniki biliklər API (tətbiqi proqram interfeysi) və onların tətbiqi üzrə biliklər (REST API, JSON) Yaxşı səviyyədə
  • Verilənlər bazasının (SQL) sorğulanması üzrə biliklər Yaxşı səviyyədə
  • Bank sahəsi üzrə qanunvericilik bilikləri (Banklar haqqında, Bank olmayan kredit təşkilatları haqqında və Kredit ittifaqları haqqında) Yaxşı səviyyədə
  • MS Office, JIRA və Confluence, Microsoft Project Orta səviyyədə
  • BPMN, UML Arzuolunandır
  • Təcrübə Müvafiq sahə üzrə 2 il
  • Dil bilikləri Azərbaycan dili Yüksək səviyyədə
  • İngilis dili Orta səviyyədə
  • Rus dili Orta səviyyədə
  • Davranış kompetensiyaları
  • Analitik düşüncə
  • Operativlik
  • Təqdimat bacarıqları
  • Təşəbbüskarlıq
Müraciət üçün (CV)https://www.cbar.az/hr/f?p=100:106

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi, İT