7 C
Baku
Thursday, December 12, 2024

İnformasiya texnologiyaları İdarəsi, Hesabatlıq və tətbiqi proqramlaşdırma şöbəsi, mütəxəssis – Xalq Bank

0
İnformasiya texnologiyaları İdarəsi, Hesabatlıq və tətbiqi proqramlaşdırma şöbəsi, mütəxəssis – Xalq Bank
28.02.2019

Vəzifə: Bankın İnformasiya texnologiyaları İdarəsinin Hesabatlıq və tətbiqi proqramlaşdırma şöbəsinin mütəxəssisi

İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali (magistr) texniki təhsil;
• C#
• Asp.Net MVC
• Soap/Rest Api
• PL/SQL və Oracle SQL ilə işləmə qabiliyyəti;
• Tələb olunan sahə üzrə minimum 3 (üç) il iş təcrübəsi arzu olunandır;
• Güclü RDBMS biliyi;
• Yaxşı və sürətli problemlərin həlli bacarıqları;  
• Bank sistemləri və bank terminləri haqqında məlumatlı olmaq;
• Komandada işləmək bacarığı;
• Azərbaycan, Rus və İngilis dillərini bilmək.

İŞİN TƏSVİRİ:

• Proqram təminatlarının yaradılması;
• Gələcəkdə istifadə üçün yenidən istifadə oluna bilən kodların və kitabxanaların yazılması;
• Rahatlıqla dəyişilə bilən və təhlükəsiz həllərin arxitekturasının qurulması;
• Mürəkkəb biznes prosesləri sürətli öyrənmək və avtomatlaşdırılması üçün proqram təminatlarının yazılması;
• Mütəmadi olaraq yeni texnoloqiyaların araşdırmaq və öyrənmək;
• SQL, PL/SQL sorğuların yazılması və optimallaşdırılması;
• Verilənlər bazasının təhlükəsizliyinin, stabilliyinin və performansının qorunması;
• Proqram Təlimatlarının hazırlanması;
• Hesabatlıq üçün yüksək performanslı sorğuların yazılması;

QEYD: 

Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq. CV – lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E – mail:  [email protected] 
Telefon: (012) 404 43 39
Faks:  (012) 404 43 34

İşin aid olduğu sahə

KateqoriyaİT