11 C
Baku
Wednesday, November 13, 2024

İnformasiya Texnologiyaları şöbəsində sistem və şəbəkələrin idarə edilməsi üzrə mütəxəssis – Naxçıvanbank ASC

0
İnformasiya Texnologiyaları şöbəsində sistem və şəbəkələrin idarə edilməsi üzrə mütəxəssis – Naxçıvanbank ASC
22.02.2019

Naxçıvanbank

İnformasiya Texnologiyaları şöbəsində sistem və şəbəkələrin idarə edilməsi üzrə mütəxəssis

Öhdəliklər

* Proqramların fasiləsiz, problemsiz işləməsi üçün onlara və məlumat bazalarına cari xidmət göstərmək.

* Bank proqramlarına yeni isfadəçilərin daxil edilməsi, onların səlahiyyətlərinin müəyyən edilməsi ilə əlaqədar zəruri işlər görmək.

* Əsas bank proqramının məlumat bazalarını vaxtaşırı arxivləşdmək.

* Daxili prosedurlara uyğun bank proqramına yeni funksiyaların əlavə edilməsini və yeni modulların yaradılmasını (alınmasını) təmin etmək.

* Məlumat bazasından istifadə etməklə daxili tələblərə uyğun olaraq hesabat formalarını hazırlamaq.

* Banka aid əməliyyat sistemi və serverlərin administrasiyası və təhükəsizliyini təmin etmək.

* İstifadəçi kompüterlərinə nəzarət və çıxan problemlərin həlli.

* Yeni texnoloji sistemlərin, şəbəkə və İT avadanlıqlarının (Hardware) quraşdırılması və avadanlıqlarda çıxan problemlərin həlli.

* Ümumi sistem və tətbiqi proqram vasitələrini (əməliyyat sistemləri, ofis proqramları və s.) qurmaq və düzgün işləməsinə nəzarət etmək.

* Serverlərdə və Kompyuter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması.

* Baş ofis və filiallar arasında informasiya axını sisteminin düzgün qurulmasını təmin etmək.



Tələblər

* Müvafiq sahədə ali təhsil (tətbiqi riyaziyyat, informatika, kibernetika, kompüter mühəndisliyi və s.).

* Qeyd olunan sahədə ən azı 1 (bir) il iş təcrübəsi.

* Rus və ya İngilis dili (ən az orta səviyyədə) bilmək.

* Windows 2008 server, 2012 server və Windows 2016 server əməliyyat sistemləri üzrə nəzəri və praktik biliklər.

* Mövcud Windows sistemləri əsasında qurulan proqram təminatlarında işləmək.

* Rotung, VLAN, VPN, DNS, Active Directory, Terminal Services, Mail server üzrə nəzəri və praktik biliklər.

* Yaddaş, backup və server avadanlıqları və proqramları ilə işə dair nəzəri və praktik biliklər.

* Linux əməliyyat sisteminin idarəedilməsi üzrə biliklərin olması üstünlükdür.

* Vaxtın idarə edilməsi.

* Məsuliyyət, düzgünlük və etibarlılıq.

* Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.

* Bütün görülən işlərə detallı şəkildə yanaşmaq.

* Analitik düşünmə bacarığı.

* Problemləri həll etmə bacarığı.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 mart 2019-cu il tarixədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşin aid olduğu sahə

KateqoriyaİT