Bakı
12.12.2024
İş haqqında məlumat:
- Şirkətin informasiya texnologiyaları şöbəsinin işinin təşkili və idarə olunması;
- informasiya texnologiyalarının təhlükəsizlik siyasətinin hazırlanması və idarəedilməsi;
- Şirkətin informasiya sisteminə və onun fəaliyyətinə aid layihə sənədlərinin, texniki tapşırıqların və xərclər smetasının hazırlanması;
- Şirkətin informasiya sisteminin lazımi səmərəliliyinin əldə olunmasına nəzarət edilməsi;
- Tabeliyindəki işçilərin iş hədəflərinin təyin edilməsi;
- Avadanlıqlardan təyinatı üzrə istifadə olunmasına nəzarət etmək;
- Lisenziya, seritifikat və digər ödənişli program təminatları və xidmətlərin yenilənlənməsi işlərinin icrası;
- Şirkətin serverlərinin və yeni servislərinin quraşdırılması, idarə edilməsi və sazlanması, monitorinq edilməsi, yenilənməsi, mühafizə edilməsi, sistemlərin bərpa edilməsi, fasiləsiz işləməsini və dayanaqlılığının təmin edilməsi üçün bütün problemlərin aşkar edilməsi və aradan qaldırılması;
- Lokal şəbəkə və poçt serverinin istifadəçilərinin qeydiyyata alınması, identifikatorlar və parolların təyin, nəzərət və iradə edilməsi;
- Giriş hüquqlarını təyin edilməsi və şəbəkə resurslarının istifadəsinə nəzərət və idarə edilməsi;
- Domen şəbəkə istifadəçilərinin idarə olunması:
- Kompyuterlərdə yaranmış nasazlıqların aradan qaldırılması və monitorinqi, Notebook/PC, printer və şəbəkə avadanlıları daxil olmaqla bütün cihazlara program təminantların yüklənməsi, texniki qulluq edilməsi, problemlərin aşakara çıxarılaraq həllinin təmin olunması,
- İstifadəçilərindən gələn sorğuların icra olunması,
- Şəbəkə kabellərinin çəkilişi və şəbəkə avadanlıqlarının montajı,
- Ofis və struktur bölmələrində quraşdırılmış daxili mərkəzləşdirilmiş internet və şəbəkənin işlək vəziyyətdə olmasını təmin etmək;
- Girişə və işçilərə nəzarət sistemlərinin montajı və sazlanması;
- Turniket, şlaqbaum montaj işlərinin görülməsi, Mövcud Biometrik sistemlərin dəstək;
- Mini ATS, zəyif axın və şəbəkə işlərinin görülməsi;
- Gündəlik kompüter istifadəçilərindən gələn sorğuları qəbul edib onlara texniki dəstəyin göstərilməsi;
- Müxtəlif əməliyyat sistemlərinin yüklənməsi və sazlanması (Windows 7/8/8.1/10/11),Mac OS, Windows Server: 2012/2016/2019/2022;
- “Hardware” və “Software” sistemlərinin quraşdırılması;
- LAN, WLAN, WAN şəbəkələrinin işləməsini və problemlərin həllini təmin etmək;
- Kabellərin sonlandırılması (rj45, patch-panel və data yuvasına);
- CCTV və ip kamera sahəsində dərin anlayışı və mövcud video müşahidə sistemlərinə dəstək;
- Altıgünlük iş həftəsi;
- İş yeri: Bakı şəhəri;
- Əmək haqqı: 1300-1600 AZN (namizədə görə dəyişir):
Namizədə tələblər:
- Server/storage avadanlıqlarla işləmə bacarığı;
- Server avadanlığının və Məlumat Saxlama Sistemləri üzrə xidmət göstərilməsi və konfiqurasiyası üzrə təcrübəyə malik olmaq;
- E-Mail sistemlərinin (MS Exchange və s.) qurulması və sazlanması üzrə təcrübə;
- Mərkəzi avtorizasiya və idarəetmə sistemləri ilə iş təcrübəsi – Active Directory, Group policy;
- Virtuallaşdırma və virtual mühitin idarə edilməsi üzrə təcrübəyə və biliyə malik olmaq(Vmware – , ESXI, vCenter üzrə biliklərin olması);
- CCNA səviyyəsində praktiki və nəzəri biliklər;
- Analitik düşünmə bacarığı;
- Ali təhsilli (texniki ixtisasa üstünlük verilir);
- Müvafiq sahə üzrə minumum 3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan (sərbəst), İngilis dili (texniki səviyyədə);
- Yaş həddi: 25-45;
Müraciət:
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) “mövzu” yerinə “İnformasiya Texnologiyaları şöbəsinin müdiri“ qeyd etməklə elektron poçt ünvanına göndərsinlər. Əlaqə nömrəsi (012) 430 85 85, daxili 123, mobil nömrə: 055 500 6886.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |