18 C
Baku
Saturday, November 2, 2024

İnfrastruktur üzrə iqtisadçı – Azərbaycan Dəmir Yolları

0
İnfrastruktur üzrə iqtisadçı – Azərbaycan Dəmir Yolları
Bakı
25.12.2023

Vəzifə öhdəlikləri:

  • Texniki normaların təsərrüfatlar üzrə təsnifatı və hesablama metoduna əsaslanaraq müvafiq texniki sənədlərin və təlimatların analiz edilməsi;
  • Analizlərə əsaslanaraq normativlərin optimal variantının əldə edilməsi;
  • Səyyari monitorinqlər apararaq sahələr üzrə normativlərin uyğunluğunun yoxlanılması;
  • Texniki normativlərin nəticəsinin müqayisəli analizinin aparılması və təkliflərin verilməsi.

Namizədə dair tələblər:

  • Təhsil səviyyəsi: Ali;
  • Müvafiq sahə üzrə ən azı 3 (üç) il iş təcrübəsi;
  • Kompüter bilikləri: MS Office (yaxşı);
  • Dəmir yolu üzrə əsas texniki istismar qaydalarını, infrastruktur sahəsi üzrə əsas texniki təlimatları bilmək;
  • İnfrasturktur üzrə texniki normativlərin hesablanma metodologiyasını bilmək;
  • Ezamiyyə səfərlərinə hazır olmalı.

Tələb olunan funksional keyfiyyət meyarları:

  • Analtik yanaşma;
  • Məlumat əldə etmə;
  • Dəqiqlik.

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00;
  • Şənbə və Bazar istirahət günü.

Müraciət etmə qaydaları:

Göstərilən tələblərə cavab verən namizədlər 29.12.2023 tarixinədək aşağıda qeyd olunan link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Müraciət linki

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları