2 C
Baku
Sunday, February 25, 2024

İnfrastruktur və satınalmalar Departamentinin Baş mütəxəssisi – Rabitəbank

0
İnfrastruktur və satınalmalar Departamentinin Baş mütəxəssisi –  Rabitəbank
Bakı
02.02.2022
Vakansiya haqqında məlumat:

“Rabitəbank” ASC İnfrastruktur və satınalmalar Departamentinin Baş mütəxəssisi vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri:

  • Bankın İSD-in əsasnamələrinin və daxili təchizat haqqında əsasnamələrin hazırlanmasında və onların  müvafiq qaydada təsdiq edilməsində iştirak edir;
  • Bankdaxili sənəd dövriyyəsində yazılan təqdimatlara təşkil olunmasına nəzarət edir;
  • Struktur bölmələri də daxil olmaqla Bankı əsas vəsaitlərə, materiallara və azqiymətlilərə olan ehtiyaclarının təmin edilməsinə nəzarət edir;
  • Bankın mövcud əsas vəsaitlərinin və material aktivlərinin inventar uçotunun aparılmasına (mühasibat uçotu nəzərdə tutlmur) təmin edir;
  • Bankın digər struktur bölmələri ilə İSD departamentinin  əlaqəli işinin qurulmasını təmin edir;

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Oxşar sahədə 3 il iş təcrübəsi;
  • Ofis proqramlarında işləmə bacarığı (excel, word və s.);
  • Autocad proqramında ilkin işləmə bacarığı;
  • Maliyyə hesabatlarının hazırlanması və dəqiqlik;
  • Dil bilikləri (rus dili, ingilis-dili bilənlərə üstünlük veriləcək);
  • Analitik və inovativ düşüncə;
  • Komandada işləmək bacarığı;
  • Yüksək kommunikasiya;
  • Operativ və düzgün qərar vermək bacarığı;
  • Bank və kommersiya sirrinin, eləcə də təchizatçı şirkətlərin ona məlum olan məlumatlarının məxfi saxlanılması;
  • Təşəbbüskarlıq və düzgünlük kimi göstəricilərə malik olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İnfrastruktur və satınalmalar Departamentinin Baş mütəxəssisi” göstərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:

E-mail: [email protected]

Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi