13 C
Baku
Saturday, November 16, 2024

İnkassator – ParaBokt

0
İnkassator – ParaBokt
Bakı
29.01.2021

Vəzifəyə olan tələblər:

–   Mühasibat uçotu, bank işi və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;

–   Xəzinədarlıq işinin təşkili üzrə bacarıqlara malik olması;

–   Qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyini və AMB-nin normativ xarakterli aktlarını bilməsi;

–   BOKT əməliyyatlarının bütün aspektləri ilə tanış olması;

–   Müvafiq proqram təminatları, iş və riyazi təfəkkür qabiliyyəti;

Vəzifə öhdəlikləri:

  1. Filial müdiri və baş mühasibin iştirakı ilə  mövcud qanunvericiliyə uyğun  xəzinənin açılması və dəyərlilərin dövriyyə kassasına mədaxil edilməsi;
  2. Gün ərzində xəzinə üzrə mədaxil məxaric, valyuta mübadilə əməliyyatlarının aparılması zamanı Azərbaycan Respublikası MB-nin qüvvədə olan normativ aktlarına və BOKT-un daxili qayda və prosedurlarına riayət edilməsi;
  3. Xəzinə mədaxil  və məxaric sənədlərini icra etməzdən əvvəl  onun tam doldurulması  və əməliyyata sərəncam verən , o cümlədən əməliyyatı aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi;
  4. Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması;
  5. Əməliyyat gününün sonunda xəzinədəki nəğd pul vəsaitlərinin və digər dəyərlilərin filialın müdiri  və baş mühasibinin iştirakı ilə  sayılıb balans məlumatları ilə tutuşdurularaq dövriyyə xəiznəsindən saxlanc( fond ) xəzinəsinə yerləşdirilməsi;
  6. BOKT-un ona verdiyi əsas vəsaitlərdən: kompyuter, pulsayan avadanlıq  və bilavasitə iş prosesində istifadə etdiyi digər avadanlıqların işlək və saz vəziyyətdə saxlanılmadığı haqda şəxsi məsuliyyət daşıması;

 

Yalnız tələblərə uyğun olan namizədlərin CV-ə baxılacaq

CV-də şəkilin olması mütləqdir

Maraqlanan şəxslər subject (mövzu bölməsində) İnkassator” başlığı ilə [email protected]  [email protected] ünvanına CV ilə müraciət edə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi