11 C
Baku
Wednesday, November 13, 2024

İnsan kapitalının inkişafı üzrə böyük mütəxəssis – Azərbaycan Respublikasının Mərkəzi Bankı

0
İnsan kapitalının inkişafı üzrə böyük mütəxəssis – Azərbaycan Respublikasının Mərkəzi Bankı
10.09.2024

İnsan resursları departamenti / İnsan kapitalının inkişafı və əməkdaşların işə bağlılığı şöbəsi – İnsan kapitalının inkişafı üzrə böyük mütəxəssis
ƏSAS VƏZİFƏ  FUNKSİYALARI:

  • İnsan kapitalının inkişafı üzrə proqram və layihələrin yaradılmasında iştirak etmək və hərəkat planının gedişatını təmin etmək;
  • Vəzifələr üzrə kompetensiyaların müəyyənləşdirilməsində, qiymətləndirmə alətlərinin hazırlanmasında və istedad hovuzunu formalaşdırmasında iştirak etmək və prosesə məsuliyyət daşımaq;
  • İstedadın müəyyənləşdirilməsi, fəaliyyətin qiymətləndirməsi, təşkilat daxilində karyera inkişafı planlaşdırması metodologiyasının hazırlanması və həyata keçirilməsinə məsuliyyət daşımaq;
  • Təcrübə proqramları, instedadların inkişafına fokuslanan proqramlarının təbliğat və seçim mərhələrini təşkil etmək və uyğun iştirakçıların seçilməsi üçün alətləri yeniləmək; istedadların performansının idarə olunmasına dair proseslərin gedişatını təmin etmək.
  • Hər bir funkisya üçün real və ölçülə bilən hədəflərin qoyulması, performansın qiymətləndirilməsi, təhlili, qiymətləndirmə sonrası dəyərləndirmə daxil olmaqla təkliflərinin hazırlanması proseslərini icra etmək;
  • Əməkdaşların işə bağlılığı üzrə layihələrin illik plan və konsepsiyasının yaradılması və icrasında iştirak etmək;
  • Tədbirlər, əməkdaşların rifahı üzrə layihələr, sosial məsuliyyətliliyi təşviq edən layihələrin planlaması, təbliğatı və təşkilində iştirak etmək;
  • Şöbənin funksiyaları daxilində müvafiq layihələri koordinasiya etmək
  • Şöbənin funksiyaları daxilində şöbə rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirmək.

TƏLƏB  OLUNAN BİLİKLƏR VƏ BACARIQLAR:

  • Təcrübə – Müvafiq sahədə 3 il
  • Təhsil – Ali təhsil
  • Dil bacarığı – Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə), Rus dili (arzu olunandır)
  • Kompüter bacarığları – MS Office proqramları, xüsusilə MS Power Point, Word, MS Excel,Outlook, MS Visio
  • Texniki kompetensiyalar:
  • Qərar qəbul etmək qabiliyyəti
  • Planlama və prioritetləşdirmə
  • Auditoriya qarşısında çıxış qabiliyyəti
  • Müsahibə etmə və dəyərləndirmə qabiliyyəti
  • Analiz etmə qabiliyyəti
  • Strateji düşüncə qabiliyyəti

Davranış kompetensiyaları:

  • Nəticəyönümlülük
  • Effektiv kommunikasiya bacarığı
  • Sahibkarlıq ruhu
  • Emosional intelekt
  • Təşəbbüskarlıq
  • Komandada işləmə
  • Məsuliyyətlilik

Müraciət linki

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi