Şirkət haqqında:
2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın əksər şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir.
Vəzifə: İnsan Resursları Biznes Tərəfdaş
İş yeri: Gəncə şəhəri
İş təcrübəsi: Minimum 2 il
Təhsil: Ali təhsil
Yaş həddi: 24 və ya üzəri
İşin təsviri: İnsan Resurları və Biznes proseslərinin qarşılıqlı əlaqəsinin yaradılması və idarə olunması.
Vəzifə öhdəlikləri:
– Şirkətdə İşə qəbul və İşdən azad olunma prosesinin tam icrası, sənədləşmə, oriyentasiya və adaptasiyasının təşkili və müvafiq hesabatlılığın aparılması;
– Şirkət üzrə ümumi İnsan Resursları fəaliyyətində tətbiq ediləcək layihə və modulların icrasında iştirak və nəzarətin həyata keçirilməsi;
– Vəzifə, maaş və iş yeri dəyişikliyi və eləcə də Mükafatlandırma prosesinin aparılması və hesabatlılığı;
– İşçilərin nizam-intizam pozuntuları ilə bağlı proseslərin araşdırılmasında, lazımı qərarların alınması və icrasında birbaşa iştirak edilməsi;
– Şirkətin Davamiyyət sisteminə nəzarət və müvafiq hesabatlılığın aparılması;
Tələblər:
– İnsan Resurslarının əksər modulları haqda nəzəri və praktiki bilgiyə sahib olması;
– AR Əmək qanunvericiliyi bilikləri;
– MS Office proqramlarından istifadə bacarığı;
– İş ilə bağlı mütəmadi olaraq ezamiyyətlərə getmək imkanının olması;
Əmək haqqı: Bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.
Müraciət qaydaları:
CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “İnsan Resursları Biznes Tərəfdaş” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.
Son müraciət tarixi 05.05.2020
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |