7 C
Baku
Thursday, December 12, 2024

İnsan resursları bölməsi rəisi – Azərbaycan Dəmir Yolları QSC

0
İnsan resursları bölməsi rəisi – Azərbaycan Dəmir Yolları QSC
21.06.2019

Vakansiyanın adı: İnsan resursları bölməsi rəisi

Vakansiyanın kateqoriyası: Rəhbər
Vakansiyanın aid olduğu struktur vahid: Yük daşımaları Departamenti
Vakansiya üzrə struktur: Yük və kommersiya xidməti, İnsan resursları bölməsi
Ödəniş növü: Vaxtamuzd
Əməyin ödənilməsi dərəcəsi: 7
Vəzifə (peşə) üzrə əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Əlavə ödəniş: Qanunvericiliyə uyğun olaraq
İş vaxtının norması: 09:00-18:00 / 5 gün
Əmək şəraiti: Ofisdaxili 
İş yerinin ünvanı: Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 230

Tələb olunan təhsil istiqaməti/ixtisası: İstənilən
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavr
Tələb olunan minimum əmək stajı: Sahə üzrə 5 il
Tələb olunan komputer bilikləri: Ofis proqramları – yaxşı səviyyədə
Tələb olunan xarici dil bilikləri: İngilis dili – yaxşı səviyyədə;
Rus dili – yaxşı səviyyədə.

Vəzifə üzrə tələb olunan biliklər: 

– Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi; 
– Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər; 
– Kadr işinin təşkilini, sənədləşdirmə və hesabatların tərtib edilməsi;
– İnsan resurslarının idarə edilməsi sahəsində nəzəri biliklər;
– İşə qəbul prosesi, xüsüsən müsahibələrin keçirilməsi sahəsində nəzəri və praktiki biliklər;
– Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına dair biliklər.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri: 

– İnandırmaq, qəbul etdirə bilmək və təsir etmək bacarığı;
– Araşdırma, təhlil, müqayisə və qərar vermək bacarığı;
– Yüksək səviyyədə yazılı və şifahi qaydada ünsiyyət qurmaq bacarığı;
– Təşkilatın strukturunu təhlil edə bilmək və anlamaq bacarığı;
– Əmək bazarını təhlil edə bilmək bacarığı və məlumatlılıq;
– Məqsədyönümlülük, nəticəyönümlülük;
– Fərdi inkişaf və peşəkarlığa yönümlülük;
– Komanda ilə işləyə bilmək bacarığı;
– Rəhbərlik etmək bacarığı;
– Daxili motivasiyalı.

Digər tələb və üstünlük göstəriciləri: 

– İqtisadiyyat, idarəetmə, mühəndislik, yaxud psixologiya sahəsində ali təhsil;
– İnsan resursları sahəsində beynəlxalq sertifikat;
– Rus və ingilis dillərində fikrini sərbəst ifadə etmək və ədəbiyyatlardan istifadə etmək.

Vəzifə öhdəlikləri: 

– Bölməyə rəhbərlik edilməsi;
– Əmək qanunvericiliyindən  irəli gələn sənədləşmə və kadr-uçot işinin aparılmasına nəzarət edilməsi;
– Kadrlar üzrə müvafiq hesabatların tərtib edilməsi və aidiyyəti üzrə tələb olunan yerə vaxtında təqdim edilməsinə nəzarət edilməsi;
– İşçilərin müvafiq məlumatlarının və kadr inzibatçılığı ilə bağlı əməliyyatların Elektron Hökümət portalında işlənməsinə nəzarət edilməsi;
– Əməkhaqqının hesablanması üzrə işlərin icrasına nəzarət edilməsi;
– İşə qəbul, adaptasiya, insan resurslarının planlaşdırılması, təlim və karyera, xidməti fəaliyyətin qiymətləndirilməsi və s. kimi insan resurslarının idarə edilməsi funksiyalarının icrasına nəzarət edilməsi;
– Rəhbərliyə aylıq görülmüş işlər barədə hesabatın verilməsi;
– Bölmənin gündəlik fəaliyyəti ilə əlaqədar işlərin həyata keçirilməsi;
– İşçilərin bilik və təcrübəsindən səmərəli istifadə edilməsi, onların əməyi üçün təhlükəsiz və əlverişli şəraitinin yaradılması.

Son müraciət tarixi: 30.06.2019
Müraciət üçün link: https://ady.az/az/career/vacancy/69/979

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları