11 C
Baku
Friday, November 15, 2024

İnsan resursları departamentinə mütəxəssis – ParaBokt

0
İnsan resursları departamentinə mütəxəssis – ParaBokt
Bakı
08.02.2021

Vəzifə öhdəlikləri:

• Təşkilat üzrə potensial işçi mənbələrinin müəyyən edilməsini araşdırmaq;
• Təşkilat tələblərini yerinə yetirmək üçün vaxtında və məhsuldar yolla müvafiq işçilərin cəlb etməsilə bağlı təkliflərin verilməsi;
• Təşkilat üzrə mövcud vakansiyalara tələblərin müəyyən edilməsi, elanların yerləşdirilməsi,işə qəbul üzrə müsahibələrin aparılmasında iştirak;
• Müvafiq vakansiya yarandıqda Banka daxil olan CV-lərin seçilməsi, aidiyyatı departamentlərlə müsahibənin keçirilməsinin təşkil edilməsi;
• İşə qəbul edilən işçilərin eyni zamanda vəzifə dəyişikliyi və işdən azad edilmə prosesslərinin Elektron Hökümət Portalına yığılması;
• Potensial namizədləri müəyyənləşdirmək məqsədilə daxili işçi heyətinin, əmək bazarının və işə götürmə agentliklərinin dəyərləndirilməsində iştirak etmək;
• Təşkilatın potensial namizədlərə ən yaxşı iş yeri kimi tanıtmaq və təbliğ etmək;
• Yeni işçilər üçün tanışlıq/oriyentasiya prosesinin, o cümlədən xidməti fəaliyyətin qiymətləndirməsi təhlili standartlarının hazırlanması, inkişaf etdirilməsi və/və ya tətbiq edilməsi;
• Müvafiq dövlət idarələrinə və hesabat verilən təşkilatlara aylıq və illik hesabatın hazırlanmasına birbaşa nəzarətin həyata keçirilməsi;
• Təşkilatın məqsədlərinə nail olmaq üçün lazım olan bilik və bacarıqları inkişaf etdirmək, iş prossesində ortaya çıxan problemlərinin həllinə kömək göstərmək;
• İşçilərin qiymətləndirmə sistemi KPİ üzrə qiymətləndirilməin keçirilməsi və nəzarət;
• İnsan Resurslarının idarəedilməsilə bağlı təlimatların yazılmasında yaxından iştirak etmək;
• İR idarə edilməsilə əlaqədar məlumatların effektiv və dəqiq təmin və təhlilinə, başqa biznes sistemləri və prosesləri ilə vəhdətin təşkil etməsinə nail olmaq;

Tələblər :

• Əmək qanunvericiliyini mükəmməl bilməli

• Sahə üzrə təcrübə 3-5 il

• Elektron Hökümət Portalında işləmə bacarığı

• Microsoft Office Excel, Word, Outlook proqramları üzrə işləmə bacarığı

• Əmrlərin hazırlanması,sənədləşmə qaydalarını bilməli

CV-də mütləq şəkil

Yalnız tələblərə uyğun olan namizədlərin CV-ə baxılacaq

CV-də şəkilin olması mütləqdir

Maraqlanan şəxslər subject (mövzu bölməsində) “İnsan resursları departamentinə mütəxəssis” başlığı ilə [email protected]  vak[email protected] ünvanına CV ilə müraciət edə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi, İnsan Resursları (HR)