2 C
Baku
Thursday, February 12, 2026

İnsan Resursları Departamentinin Direktoru – HumanPro

0
İnsan Resursları Departamentinin Direktoru – HumanPro
Bakı
02.02.2026

İnsan Resursları Departamentinin Direktoru vakansiyası

İş şəraiti:
* İş qrafiki: 5 günlük iş qrafiki;
* İş yeri: Bakı şəhəri;
* Əmək haqqı: 7000 – 8000 AZN.

Vəzifə öhdəlikləri:
* İnsan Resursları və təlim departamentinin fəaliyyətinin təşkili və idarə olunması;
* İnsan resurslarının planlaşdırılması və effektiv idarə edilməsi;
* Şirkətin strateji hədəflərinə uyğun HR əməliyyat planlarının icrasının təmin edilməsi;
* İşə qəbul prosesinin təşkili, idarə olunması və nəzarəti;
* İşə qəbul və adaptasiya (onboarding) proseslərinin hazırlanması və icrası;
* İnsan resursları üzrə inzibati və rəsmiləşdirmə işlərinin təşkili;
* HR prosedur, qayda və siyasətlərinin hazırlanması və təkmilləşdirilməsi;
* Əməyin qiymətləndirilməsi və performans idarəetmə prosesinin təşkili;
* Təlim ehtiyaclarının müəyyən edilməsi və inkişaf planlarının hazırlanması;
* Daxili və xarici təlim proqramlarının təşkili və icrasına nəzarət;
* İşçi məmnuniyyətinin ölçülməsi və nəticələrə əsasən təkmilləşdirmə təkliflərinin hazırlanması;
* Həvəsləndirmə və mükafatlandırma sistemlərinin inkişaf etdirilməsi;
* İşçilərin şikayət, təklif və müraciətlərinin araşdırılması və müvafiq qərarların verilməsi;
* İntizam proseslərinin idarə olunması;
* İnsan resursları üzrə auditlərin həyata keçirilməsi;
* HR üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
* İnsan resurslarının inkişafı üzrə təkliflərin hazırlanması;
* HR üzrə potensial risklərin müəyyən edilməsi və aradan qaldırılması.

Tələblər:
* Ali təhsil;
* İnsan resursları sahəsində minimum 7 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə ən azı 3 il iş stajı;
* Azərbaycan Respublikasının əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
* İnsan resurslarının əsas funksiyaları, standartları və prosedurları üzrə yüksək biliklərə malik olmalı;
* Azərbaycan dilini əla səviyyədə bilməli, rus dilini bilməsi arzuolunandır;
* MS Office proqramlarını, xüsusilə Excel proqramını yaxşı səviyyədə bilməli;
* İnsan resursları üzrə proqram təminatları ilə işləmə təcrübəsi arzuolunandır.

Müraciət üçün:
Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

İşin aid olduğu sahə

Kateqoriyaİnsan Resursları (HR)