İnsan Resursları Departamentinin Kadrlar üzrə Aparıcı Mütəxəssisi – AS Group Investment LLC

    Bakı
    Posted 2 months ago

    Müəssisənin adı: “Fresh Logistics” MMC
    Vəzifə: İnsan Resursları Departamentinin Kadrlar üzrə Aparıcı Mütəxəssisi

    Vəzifə öhdəlikləri:

    • Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, vəzifə dəyişiklikləri, işdən azad edilməsi, müavinətlər, xəstəlik vərəqələri və s. sənədlərinin rəsmiləşdirilməsi;
    • Əmək kitabçalarının əmrlər əsasında doldurulması və işçilərin şəxsi işlərinin formalaşdırılması, qeydiyyatının aparılması və tələb olunan dəyişikliklərin edilməsi;
    • İşçilərin məzuniyyət qrafiklərinin tərtib edilməsi, verilən məzuniyyətlərin uçotunun aparılması və məzuniyyətlərin qrafik üzrə istifadə edilməsinə nəzarət edilməsi;
    • Kadrlar üzrə hesabatlılığın aparılması və aidiyyatı hesabatların müəyyən edilmiş vaxtlarda tələb olunan yerə təqdim edilməsi;
    • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi;
    • Kargüzarlıq qaydalarına əsasən sənədlərin qeydiyyatının və saxlanılmasının təşkil edilməsi.

    Tələb olunan göstəricilər:

    • Ali təhsil;
    • Sahə üzrə ən azı 2 illik iş təcrübəsi;
    • Əmək qanunvericiliyi üzrə yüksək biliklər;
    • Əla səviyyədə Azərbaycan dili biliyi;
    • MS Office proqramları (Excel bilikləri yüksək olmaqla) üzrə biliklər;
    • Yüksək səviyyədə yazılı və şifahi üsnsiyyətqurma bacarığı;
    • Detallara qarşı diqqətlilik, məsuliyyətlilik;
    • Kargüzarlıq qaydaları üzrə bilik və təcrübənin olması.

    İş şəraiti barədə məlumat:

    • İş rejimi: həftənin I – V günləri saat 9:00-dan 18:00-dək.
    • İş yeri: Suraxanı rayonu, Hövsan qəsəbəsi
    • Nəqliyyat: Gediş-gəliş üçün nəqliyyat vasitəsi şirkət tərəfindən (servis avtobusu) təmin edilir

    Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını – “Kadrlar üzrə Aparıcı Mütəxəssis”, qeyd etməklə CV formalarını [email protected] mail ünvanına göndərə bilərlər.

    Job Features

    Job CategoryDigər şirkətlər

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.