10 C
Baku
Saturday, November 16, 2024

İnsan Resursları Departamentinin mütəxəssisi – Gazelli Group

0
İnsan Resursları Departamentinin mütəxəssisi – Gazelli Group
03.02.2020

Şirkət:“GAZELLİ GROUP” MMC
Vəzifə: İnsan Resursları Departamentinin mütəxəssisi
Ünvan: Bakı şəh., Şüvəlan qəs., Almas Yıldırım küç., 4

İşin təsviri:

• Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi ilə bağlı sənədlərin rəsmiləşdirilməsi;
• Vakansiyaların elan edilməsi və uyğun namizədlərin seçilməsi;
• İşçilərin şəxsi işlərinin formalaşdırılması, qeydiyyatının aparılması və dəyişikliklərin müntəzəm olaraq qeydə alınması;
• Kadrların ixtisas, şəxsi və işgüzar keyfiyyətləri qiymətləndirməsi, müvafiq struktur bölmələrdə düzgün yerləşdirilməsi və onların əməyinin istifadə olunmasına nəzarət;
• İşçilərin seçimi, oriyentasiyası, adaptasiya və attestasiyasına nəzarət onların fəaliyyətin qiymətləndirilməsi, təkmilləşdirilməsi, təlimi və attestasiyanın aparılması;
• Dövlət orqanlarına aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və təqdim olunması;
• Elektron Hökumət Portalında işə qəbul, işdən azad və vəzifə dəyişikliyini etmək;
• Məzuniyyət qrafiklərinin, məzuniyyət əmrlərinin tərtib edilməsi;
• İşçilərin istifadə etdiyi məzuniyyətləri elektron formada uçota alınmasını təmin edir;
• İş fəaliyyəti ilə bağlı vaxtaşırı birbaşa departamentinin direktoruna hesabat hazırlayıb təqdim edir.

Tələb olunan xüsusiyyətlər:

• İnsan resursları/hüquq sahəsində ən azı 3 il iş təcrübəsi;
• AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
• Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
• Əla səviyyədə kompüter bacarıqları (MS Word, Excel, 1C 8.3, Outlook və s.);
• Güclü ünsiyyət və danışıq qabiliyyəti;
• Azərbaycan və rus dillərini mükəmməl bilməli, ingilis dili arzu olunandı;
• Yüksək ünsiyyət qurma bacarığı və komanda işinə uyğunluq.

Şərtlər:

• Stabil iş (iş qrafiki 5/2 08:00- dən 17:00-dək)
• İşə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun
• Qidalanma, mobil rabitə
• Əmək haqqı razılaşdırmaya əsasən .

Şirkət haqqında məlumat:

Azərbaycanda 20 ildən çox uğurla fəaliyyət göstərən, kosmetika və ətriyyat, kosmetologiya və məişət kimyası vasitələrinin istehsalı sahəsində ən aparıcı şirkət olan “Gazelli Group” MMC, gözəllik və sağlamlıq mərkəzləri şəbəkəsinə, habelə Müasir İncəsənət Qalereyasına malikdir.
İstehsal olunan məhsullar: “Aroma Collection”, “Buta”, “Sun+” “Chocolatе&Vanilla”; məişət kimyası

Müsahibə bütün daxil olan və seçilən CV –lər əsasında aparılacaq.
CV – lər 03 mart 2020-ci il tarixinədək qəbul olunur.

Maraqlanan xanım namizədlər mövzu yerində “İnsan resursları departamentinin mütəxəssis” yazaraq, öz CV-ləri fotoşəkil ilə və gözlənilən əmək haqqını [email protected] e-poçt ünvanına göndərəsiniz.
Yalnız yuxarıda göstərilmiş tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.

İşin aid olduğu sahə

Kateqoriyaİnsan Resursları (HR)