İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.
Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “İnsan Resursları İdarəedilməsi Departamentində Mütəxəssis” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “HR/Training” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərlər.
İnsan Resursları İdarəedilməsi Departamenti, Əmək münasibətlərinin tənzimlənməsi şöbəsi / Mütəxəssis
Vəzifə öhdəlikləri:
• Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və rəhbərinin əmrlərinə uyğun işçilərin qəbulu, köçürulməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilmək;
• Əmək kitabçalarının əmrlər əsasında doldurulmaq;
• Şəxsi heyətin uçotuna, çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışlar vermək, əmək kitabçalarını qorumaq, kadrlar üzrə təyin olunmuş sənədləri icra etmək eləcə də işçilərin mükafatlandırılması üçün materiallar hazırlanmaq;
• Kadr axınının səbəblərini öyrənmək, onun aradan qaldırılması üçün tədbirlər hazırlamaq və rəhbərliyə təqdim etmək. İxtisas və attestasiya komissiyalarına lazım olan materialı hazırlamaq, attestasiya komissiyasının işində bilavasitə iştirak etmək;
• Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək;
• Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsinə, Şirkətdə ezamiyyətə gələn işçilərin qeydə alınmasında iştirak etmək;
• İşçilərin şəxsi işlərini aparmaq, formalaşdırmaq;
• Kadrlar üzrə cari və perspektiv planları işləyib hazırlamaq;
• Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
• Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirilmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək.
Tələblər:
• Bankın dəyərlərinə uyğun işlərin təşkili;
• Ali təhsil;
• AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
• Xarici dil bilikləri – Rus dili, həmçinin İngilis dili biliyi arzu olunandır;
• Yüksək dərəcədə analitik qabiliyyət;
• Səmərəli ünsiyyət qurmaq bacarığı və komanda ilə işləmə bacarığı;
• İşlərini planlaşdırma bacarığı;
• Məsuliyyətlilik, dürüstlük, çeviklik və problemi həll etmə bacarığı.
Biz Sizə nə təklif edirik:
• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
• Əmək qanunvericiliyinə uyğun iş şəraiti;
• Müasir idarəetmə sistemi və mehriban kollektiv.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi, İnsan Resursları (HR) |