1 C
Baku
Thursday, February 29, 2024

İnsan resursları şöbəsinin mütəxəssisi – Enerji Məsələlərini Tənzimləmə Agentliyi

0
İnsan resursları şöbəsinin mütəxəssisi – Enerji Məsələlərini Tənzimləmə Agentliyi
Bakı
04.06.2020

Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycanda elektrik və istilik enerjisi, qaz təchizatı sahələrində istehsalçılar, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin şəffaflıq prinsipi çərçivəsində tənzimlənməsini, müəssisələrin fəaliyyətinin operativ və dəqiq təhlilini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlərin hazırlanmasını, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarəti həyata keçirən publik hüquqi şəxsdir.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Gündəlik insan resurslarının fəaliyyətinə dair əməliyyatların həyata keçirilməsi, Agentliyin strukturuna və daxili siyasətinə uyğun daxili prosedurların yazılması;
• İşçilərarası münasibətlərin tənzimlənməsi, yaranmış problemlərin öyrənilməsi və aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi;
• Agentliyin əməkdaşlarının təlim ehtiyacının müəyyənləşdirilməsi, təlim mərkəzləri ilə əlaqələrin qurulması və əməkdaşların təlimə cəlb olunması ilə bağlı tədbirlərin həyata keçirilməsi;
• Təlim ehtiyaclarına əsasən ölkədaxili və beynəlxalq mərkəzlərin araşdırılması və təkliflərin hazırlanması;
• İşçi ehtiyacının qarşılanması məqsədilə müxtəlif istiqamətlər üzrə elanların verilməsi, müraciətlərin qəbul və analiz edilməsi, namizədlərlə müsahibələrin həyata keçirilməsi;
• İşçilərin qiymətləndirilməsi və mükafatlandırılmasına dair mexanizmlərin hazırlanması, araşdırmaların aparılması, sorğuların keçirilməsi və sistemlərin tətbiq edilməsi;
• Əməyin mühafizəsi üzrə qanunvericiliyə uyğun tələblərin yerinə yetirilməsi və tədbirlərin görülməsi;
• Qanunvericilikdə nəzərdə tutulmuş qaydada iş yerlərinin və işçilərin attestasiyasının keçirilməsi;
• Agentlikdə korporativ tədbirlərin təşkil olunmasına dair təkliflərin verilməsi və tədbirlərin təşkil edilməsi;

TƏLƏBLƏR:

• Ali təhsil (Beynəlxalq münasibətlər, hüquqşünaslıq, politologiya, psixologiya, biznesin idarəedilməsi ixtisas istiqamətləri üzrə ali təhsil arzuolunandır);
• Yaş həddi 25-40 aralığı;
• Müvafiq sahə üzrə azı 3 il iş stajı.

BACARIQLAR:

• Azərbaycan dilində səlis qrammatik yazı, danışıq və kommunikasiya bacarığı.
• Microsoft Office proqramlarında işləmə bacarığı;
• Rus və ya ingilis dilini səlis bilməsi arzuolunandır;
• İnsan resurslarına dair ERP sistemlərdə işləmə bacarığı;
• 1C proqramı üzrə təcrübəsinin olması arzuolunandır;
• Dəqiqlik, məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək bacarığı;
• Yüksək səviyyədə təşkilatçılıq, planlaşdırma, təhlil və idarəçilik bacarığı.

DİGƏR:

• Əmək haqqı müsahibənin nəticəsinə əsasən müəyyən olunacaqdır;
• İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
• İstirahət günləri: şənbə və bazar günləri;
• Vakansiya üzrə müraciətin son müddəti: 10 iyun 2020-ci il
• İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə [email protected] poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (HR MÜTƏXƏSSİS) qeyd edin.

İşin aid olduğu sahə

Kateqoriyaİnsan Resursları (HR)