İnsan Resursları üzrə baş mütəxəssis – AFB Bank

    Bakı
    Posted 5 months ago

    AFB Bank İnsan Resursları üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

    Vəzifə: Baş mütəxəssis
    İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
    Ünvan: Bakı şəhəri.

    NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

    • Ali təhsil;
    • AR Əmək qanunvericiliyi bilikləri;
    • İnsan resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər;
    • İşəqəbul prosesinin əsas qaydaları haqqında biliklər;
    • Elektron Hökumət Portalı, 1 C proqramı ilə işləmə bacarığı;
    • MS Office proqramlarından istifadə bacarığı;
    • Müvafiq sahədə 3 ildən artıq iş təcrübəsi;
    • İnsanlarla fəal ünsiyyət qurmaq bacarığı;
    • Kollektivlə sağlam münasibət qurmaq və işləmək bacarığı;

    İŞİN TƏSVİRİ:

    • İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, insan qaynaqlarının seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili;
    • İşəqəbulun həyata keçirilməsi, yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi işinin təşkili;
    • Mükafatlandırma və motivasiya sisteminin tətbiq olunması;
    • Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;
    • Kadr bazasının yaradılması və idarə edilməsi, işçilər barədə hesabatların tərtib edilməsi, işçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması işinin təşkili;
    • İşçilər tərəfindən daxili intizam qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi;

    Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İnsan resursları üzrə baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

    Job Features

    Job CategoryBank və BOKT işçisi, İnsan Resursları (HR)

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.