Ümumi məlumatlar
• Ali təhsili olmalı;
• MS Office, Elektron Hökümət Portalından istifadə qaydalarını bilməli;
• AR Əmək qanunvericiliyinin əsaslarını bilməli;
• Miqrasiya məcəlləsini bilməli;
• Əlaqədar sahə üzrə minimum 5 il iş təcrübəsi olmalıdır.
İş haqqında məlumat
• Əcnəbi işçilərə iş və yaşamaq icazələrinin alınması ilə bağlı sənədlərin hazırlanması;
• Dövlət Miqrasiya Xidmətinə müraciətlərin edilməsi;
• Əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi, sosial sığorta kartlarının açmasının təmin edilməsi;
• İşçilərin şəxsi işlərinin formalaşdırılması;
• Əmək kitabçalarına qeydiyyatların aparılması;
Məzuniyyət qrafikinə uyğun işçilərin məzuniyyətlərini rəsmiləşdirilməsi;
• İşçilərin tibbi müayinədən keçirilməsi və illik təqib edilməsi;
• Fəhlə və qulluqçuların müəssisə, idarə və təşkilatlarda olmasının faktiki vaxtını təyin etmək məqsədi ilə tabel uçotunu aparır, onların işə davamiyyətinə nəzarəti həyata keçirir.
• Tabeldə müvafiq qeydlər edir və hər gün işçilərin işə çıxması, çıxmaması və gecikməsi haqqında səbəblərini qeyd etməklə raport tərtib edir.
• Müəssisə, idarə və təşkilatların işçilərinin işə qəbulu, bir işdən başqa işə keçirilməsi, çıxarılması, onlara məzuniyyət verilməsi barədə dəyişiklikləri əlavə edərək sistematik olaraq işçilərin siyahı tərkibinin uçotunu aparır.
• İşçilərin işdə olmadıqlarını təsdiq edən müvəqqəti iş qabiliyyətini itirmələri haqqında xəstəlik vərəqələrinin, xəstələrə qulluq üçün arayışların və digər sənədlərin vaxtında təqdim olunmasına nəzarət edir.
İş şərtləri
İş qrafiki: həftə içi 5 gün
Müraciət linki