Vakansiya: İnsan resursları üzrə mütəxəssis
Müəssisənin adı: “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC
Nəzərdə tutulan əmək haqqı: müsahibə zamanı razılaşdırılma yolu ilə
Əsas iş yeri: Bakı şəhəri
Namizədə dair tələblər:
• Ali təhsil;
• Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
• Azərbaycan və Rus dillərində (ingilis dili biliyi arzuolunan) mükəmməl danışıq və yazı;
• Ölkədaxili və xarici səfər etmək imkanına malik olmaq;
• Microsoft və ofis proqramlarını mükəmməl bilmək;
• Beynəlxalq təşkilatlarda iş təcrübəsi olanlara üstünlük verilir;
Əsas vəzifə öhdəlikləri:
1. Əmək qanunvericiliyinə, əsasnamə və təlimatlara əsasən müəssisədə işçilərin işə qəbulu, işdən çıxarılması, bir iş yerindən başqasına keçirilməsi, vəzifədə irəli çəkilməsi, mükafatlandırılması, kadrların ixtisasının artırılması, məzuniyyətin verilməsi və sairə işlərin yerinə yetirilməsinə nəzarət edir.
2. Kadrlar üzrə cari və perspektiv planları işləyib hazırlayır.
3. Kadrların seçilməsi və düzgün yerləşdirilməsi, fəhlələrin, rəhbər işçilərin və qulluqçuların ixtisasının artırılması, tələbə və şagirdlərin istehsalat təcrübəsinin öyrədilməsi işinin təşkilinə dair təkliflər hazırlayır.
4. Müəssisənin kadrlara olan tələbatı haqqında lazımi yerlərə məlumat verir.
5. Kadr axımının səbəblərini öyrənir, onun aradan qaldırılması üçün tədbirlər hazırlayır və rəhbərliyə təqdim edir.
6. İxtisas və attestasiya komissiyalarına lazım olan materialların hazırlanmasına nəzarət edir və komissiyanın işində bilavasitə iştirak edir.
7. Kadrlar üzrə hesabatların tərtib və tələb olunan yerə vaxtında təqdim edilməsinə rəhbərlik edir.
8. Müəssisə, idarə və təşkilatlarda verilmiş əmr və göstərişlərin layihələrinin yuxarı təşkilatın göstərişlərinə uyğun olub-olmadığını yoxlayır.
E-mail : [email protected]
Mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis ” qeyd olunması zəruridir.
Qeyd: Xahiş olunur fikri ciddi olmayan və tələb olunan sahə üzrə iş təcrübəsi olmayan namizədlər CV göndərməsin.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər, İnsan Resursları (HR) |