9 C
Baku
Friday, November 15, 2024

İnsan Resursları üzrə mütəxəssis / aparıcı mütəxəssis – MKT İstehsalat Kommersiya MMC

0
İnsan Resursları üzrə mütəxəssis / aparıcı mütəxəssis – MKT İstehsalat Kommersiya MMC
Bakı
04.12.2020

MKT-İK MMC İnsan Resursları üzrə mütəxəssis / aparıcı mütəxəssis vakansiyası üzrə işçi axtarır.

Vəzifə funksiyaları

• İşə qəbul edilən işçilərin müqavilələrin hazırlanması, şəxsi işlərinin hazırlanması;
• Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM bildirişlərinin Elektron informasiya sistemi (E-GOV) uyğun olaraq vaxtında daxil edilməsi;
• İşə qəbul, işdən azad, məzuniyyət və istehsalat əmrlərin hazırlanması;
• Tabelin cari ay üçün ilkin formasının hazılanması (işə qəbul, işdən azad, keçən aydan bu aya keçən məzuniyyətlər, növbəli işçilərin növbə axışının düzgünlüyü);
• Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
• İşçilərə illik məzuniyyətlərin verilməsi (əmrlərin düzgün tərtibi, uzatmalar, staj, işə başlama tarixlərinə nəzarət);
• Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması;
• İşdən azad olunan işçinin son haqq hesabı (iş günü, məzuniyyət və s.) ödənişini həyata keçirmək;
• Məşğulluq hesabatları (2İ, 3İ, 5İ) verilməsi;
• Sosial sığorta şəhadətnamələrinin sifarişi (ilkin və ya dublikat);
• İcbari sığorta müraciətlərinin vaxtında həyata keçirilməsi.

Tələblər

• Ali təhsil;
• İnsan Resursları üzrə mütəxəssis olaraq minimum 3 illik iş təcrübəsi;
• Azərbaycan Respublikası Əmək Məcəlləsini bilməli;
• Kadr kargüzarlığının aparılmasına dair təlimatı bilmək;
• Yüksək səviyyədə MS Office proqramları bilikləri;
• Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
• 1C proqram biliyi arzu olunandır;

İş qrafiki: 5 günlük, I – V günlər 09:30-18:30,

Müraciət qaydaları: CV–ni Azərbaycan dilində [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “İnsan Resursları üzrə mütəxəssis / aparıcı mütəxəssis ” yazmaqla göndərilir.

İşin aid olduğu sahə

Kateqoriyaİnsan Resursları (HR)