11 C
Baku
Thursday, November 14, 2024

İnsan Resursları üzrə Mütəxəssis – ATS Food

0
İnsan Resursları üzrə Mütəxəssis – ATS Food
Sumqayıt
07.07.2023

İş məkanı: Sumqayıt ş.

Müraciətin son günü: 6 avqust 2023-cü il

Tələblər:

  • Təhsil səviyyəsi: Ali təhsil (İqtisadi, İnsan Resurslarının idarə olunması üzrə)
  • İş təcrübəsi: Sahə üzrə minimum 3 il təcrübə
  • Dil bilikləri: Azərbaycan dili (əla), İngilis və Rus dilləri arzuediləndir.
  • Kompüter bilikləri:  MS Office proqramları üzrə biliklər (xüsusilə, excel əla səviyyə), ERP proqramları
  • Digər: Əmək məcəlləsi üzrə biliklər;
  • İR üzrə sertifikatların olması əlavə üstünlükdür.

Vəzifədən gözləntilər: 

  • Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi və müvafiq sənədləşmənin təşkil edilməsi, bildirişlərin ƏMAS portalına daxil edilməsi;
  • Məzuniyyətlərin, xəstəlik vərəqələrinin, ezamiyyət, intizam tənbehlərinin rəsmiləşdirilməsi;
  • Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət edilməsi;
  • Çalışanlara cari və keçmiş əmək fəaliyyətləri haqqında arayış və ya xasiyyətnamələrin verilməsi;
  • Mütəmadi olaraq hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Əmək kitabçalarının əmrlər əsasında doldurulması və qeydiyyatı;
  • Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması;
  • Əmrlərin hazırlanması və onların qeydiyyatının aparılması;
  • Əmək haqqı kartlarının sifariş edilməsi;
  • Birbaşa rəhbərin tapşırdığı digər işlərin görülməsi.

Vəzifə üzrə səriştələr:

  • Məsuliyyətlilik və sahiblənmə
  • Keyfiyyətlilik və effektivlik
  • Analitik düşünmə bacarığı;
  • Komandada işləmə bacarığı
  • Təhlil etmə bacarığı;
  • Qiymətləndirmə bacarığı;
  • Detallara diqqət yetirmə;
  • Məsuliyyətli və intizamlı;
  • Problem həll etmə;
  • Çeviklik.

İş Şərtləri:

  • Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşdırma yolu ilə
  • İş rejimi: 5 gün (həftəiçi)
  • Servis: səhər və axşam 20 Yanvar  və Sumqayıt bazarından təmin edilir
  • Nahar: Təmin edilir

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına mövzu hissəsində vəzifənin adı “İnsan Resursları üzrə mütəxəssis”qeyd olunmaqla göndərə bilərlər.

Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

İşin aid olduğu sahə

Kateqoriyaİnsan Resursları (HR)