06.04.2023
Vəzifəyə aid qoyulan tələblər:
- Təhsil: Ali təhsil;
- Təcrübə: 3 illik iş təcrübəsi;
- Yaş: 25 – 30;(bəy namizəd)
Vəzifəyə aid qoyulan tələblər:
- İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir
- Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirir;
- Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir;
- İş stajının hesabını aparır, işçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verir;
- İş vaxtının istifadəsi cədvəlinin hazırlayır və gündəlik qeydləri aparır;
- İşçilər tərəfindən təqdim olunmuş “Əmək qabiliyyəti olmamaq vərəqəsi”ni qəbul edir, yoxlayır, insan resurslarına aid olan bölməni doldurur;
- İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatını aparır, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak edir;
- Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparır;
- Əmək üzrə perspektiv və illik planların işlənib hazırlanmasında iştirak edir;
- İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir və müdirə hesabat verir;
Tələblər:
- Nitqi aydın və səlis olmalı;
- Fikrini düzgün şəkildə izah edə bilmək qabiliyyəti olmalı;
- Məsuliyyətli, səbrli, stressə davamlı olmalı;
- ERP və Microsoft Office (Excel yaxşı səviyyədə) proqramlarını bilməli.
Əlavə məlumatlar:
- Korporativ nömrə və danışıq balansı
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
- Əmək haqqı: 1000-1200
- İş qrafiki: 5 günlük iş qrafiki.
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “İR üzrə mütəxəssis” sözünü qeyd edərək e-ünvanına göndərsinlər.
İşin aid olduğu sahə
Kateqoriya | İnsan Resursları (HR) |