11 C
Baku
Friday, November 15, 2024

İnsan resursları üzrə mütəxəssis – MSDIS Holding

0
İnsan resursları üzrə mütəxəssis – MSDIS Holding
Holdinq
Bakı
30.11.2020

İnsan resursları üzrə mütəxəssis – MSDIS Holding

• Şirkət daxilində yaranan işçi ehtiyaclarının vaxtında və effektiv qarşılanmasının təmin olunmasının texniki təşkili;
• Bütün vəzifələr üzrə vəzifə təlimatlarının hazırlanmasında iştirak etmək;
• İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi
• Rəhbərliyə aylıq, rüblük və illik olaraq müvafiq hesabatların hazırlanması və təqdim edilməsi;
• İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin, vəzifə təlimatlarının hazırlanması,
• Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərinin tərtib edilməsi.
• Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və dövlət orqanlarına təqdim olunması;
• İşçilərin icbari sığortasının həyata keçirilməsi;
• İnsan resursları departamentinin keçirdiyi sorğulara və fəaliyyətin qiymətləndirilməsi nəticələrinə əsasən əməkdaşların təlim ehtiyaclarının müəyyən olunmasında, bu təlimlərin planlaşdırılması və təşkilində iştirak etmək;
• Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
• İşçilərin davamiyyət uçotunun aparılması;

Tələblər:

• Elektron hökümət portalında sərbəst istifadə bacarığı
• Əmək qanunvericiliyi ilə bağlı mükəmməl bilik və iş təcrübəsi;
• İR Departamentinin fəaliyyət istiqamətləri və funksiyaları haqqında biliklər.
• Uyğun sahədə ali təhsil
• Yüksək ünsiyyət qabiliyyəti;
• MS Office proqramlarında (xüsusilə, Excel və Power Point) sərbəst istifadə bacarığı
• Azərbaycan dilində səlis, ingilis və rus dillərində yüksək yazılı və şifahi ünsiyyət qabiliyyəti;
• İnsan resursları sahəsində azı 1 il iş təcrübəsi

Bu vəzifəyə müraciət etmək üçün CV-ni [email protected] ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “İnsan Resursları üzrə mütəxəssis” olaraq mövzu bölməsində göstərin.

İşin aid olduğu sahə

Kateqoriyaİnsan Resursları (HR)