“Optimal Elektronika” MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Sony, LG, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir.
Vakansiya: İnsan Resursları üzrə mütəxəssis
Tələblər:
• Təhsil: Ali;
• Azərbaycan dilini səlis bilməli, rus və ingilis dillərini bilmək üstünlükdür.
• Kadr kargüzarlığı sahəsində minimum 1 il təcrübəsi olmalıdır;
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
Əsas vəzifələr:
1. Kadr, ezamiyyət, məzuniyyət, inzibati əmr və göstərişlərin, arayışların, xasiyyətnamə və sair kadr sənədlərinin hazırlanması, imzaya təqdim edilməsi və sənədlərin vaxtında müvafiq struktur bölmələrinə təqdim edilməsi, o cümlədən mağazalara göndərilməsi;
2. Kadr sənədlərinin qovluqlara yığılması;
3. Əmək kitabçalarının yazılması (işə qəbul və işdən azad qeydlərinin aparılması);
4. Əmək müqavilələrinin, əlavə razılaşmaların, vəzifə təlimatlarının hazırlanması və mağazalara göndərilməsi və imzalanmasına nəzarət edilməsi;
5. Kadr, ezamiyyət, məzuniyyət əmrlərini Elektron Hökumət portalı və 1 C (SAP)məlumat bazasına daxil edilməsi;
6. Əmək haqqı kartlarının sifarişi üçün işə qəbul edilən işlərdən müvafiq formaların doldurularaq aidiyyatı banka təqdim edilməsi və əmək haqqı kartlarının işçilərə paylanılması;
7. Kadr, ezamiyyət, məzuniyyət, inzibati əmrlərin müvafiq jurnallara qeydiyyatını aparır.
8. Əmək müqavilələrinin müvafiq jurnallarda qeydiyyatını aparılması;
9. Əmək kitabçalarının müvafiq jurnallarda qeydiyyatını aparmaq;
10. Filiallardan gələn məzuniyyət və icazə ərizələrini qəbul edir və nəzarət edir.
11. Sosial sığorta kartları üçün müvafiq qurumlara gedən sənədləri hazırlayır və həmin qurumlara təqdim etmək; Sosial sığorta kartlarının sifarişinə nəzarət etmək və sifariş olunan Sosial sığorta kartlarını əməkdaşlara etmək;
12. Aylıq tabelləri hazırlamaq;
13. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı şirkətin əməkdaşlıq etdiyi sığorta şirkətinə vaxtında məlumatın təqdim etmək;
14. Xəstəlik vərəqələrinin doldurmaq və mühasibatlığa təqdim etmək;
Biz Siz təklif edirik:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Karyera yüksəlişi imkanı;
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində qeyd edərək öz CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son tarix: 04.06.2020
İşin aid olduğu sahə
Kateqoriya | İnsan Resursları (HR) |