4 C
Baku
Sunday, January 18, 2026

İnsan resursları üzrə mütəxəssis (Sumqayıt) – Azersun Holding

0
İnsan resursları üzrə mütəxəssis (Sumqayıt) – Azersun Holding
Sumqayıt
12.01.2026

Vakansiyanın təsviri

  • Əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması;
  • Əmək kitabçalarına qeydiyyatların aparılması;
  • Məzuniyyət qrafikinə uyğun olaraq işçilərin məzuniyyətlərinin rəsmiləşdirilməsi;
  • İşçilərin işə qəbulu, bir işdən başqa işə keçirilməsi, çıxarılması, onlara məzuniyyət verilməsi barədə dəyişiklikləri əlavə edərək sistematik olaraq işçilərin siyahı tərkibinin uçotunu aparılması;
  • İşçilərin işdə olmadıqlarını təsdiq edən müvəqqəti iş qabiliyyətini itirmələri haqqında xəstəlik vərəqələrinin, xəstələrə qulluq üçün arayışların və digər sənədlərin vaxtında təqdim olunmasına nəzarət edilməsi.
  • Fabrikdə yaranan vakant yerlər üzrə namizədlərlə ilkin müsahibələrin təşkili və seçimin aparılması,
  • Yeni işə qəbul olunan əməkdaşlarla bağlı bütün sənədləşmə və adaptasiya proseslərinin icrası,
  • Təlim şöbəsi tərəfindən təşkil olunan tədrislərin fabrikdə keçirilməsinin təşkili və təlim məlumatlarının sistemə daxil edilməsi,

 

Xüsusi tələblər

  • İqtisadiyyat, menecment, insan resursları ixtisası üzrə ali təhsili olmalı;
  • Əlaqədar sahə üzrə minimum 2 il iş təcrübəsi olmalıdır.
  • MS Office, Elektron Hökümət Portalından istifadə qaydaları haqqında biliklərə sahib olmalı;
  • AR Əmək qanunvericiliyinin əsaslarını bilməli;
  • Miqrasiya məcəlləsini bilməli;
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

Kateqoriyaİnsan Resursları (HR)