9 C
Baku
Friday, December 13, 2024

İnsan Resursları üzrə Mütəxəssis – TIM Group

0
İnsan Resursları üzrə Mütəxəssis – TIM Group
Bakı
23.10.2023

Namizədə tələblər:

  • Ali təhsil
  • IR sahəsində minimal 1 il iş təcrübəsi
  • İnsan Resursları üzrə karyera hədəfli olmalı
  • Həssas və məxfi məlumatları idarə etməyi bacarmaq;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilməli
  • Microsoft office programlarından sərbəst istifadə bacarığı
  • Azərbaycan dilində səlis aydın danışmalı, rus və ingilis dilini bilməsi arzuolunandır
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları
  • Yenilikləri və trendləri izləməli
  • Yaradıcı, innovativ və strateji düşünmə bacarığı
  • Stressədavamlı, məsuliyyətli, və inkişafa meyilli olmalı

İş barədə məlumat:

  • Vakansiyaların təhlili, tələb olunan işçi sayının müəyyən edilməsi;
  • Vakansiya elanlarının hazırlanması, iş portallarında yerləşdirilməsi;
  • İş elanlarının müddətlərinin izlənilməsi;
  • Namizədlərin cəlbi üçün yeni metodların və qaynaqların araşdırılması və tətbiqi;
  • Daxil olan CV-lərin vəzifələr üzrə qovluqlara bölüşdürülməsi;
  • Namizədlərin təqdim etdiyi məlumatların vakansiya tələblərinə uyğunluğunun yoxlanılması;
  • İşə qəbul testlərinin və ilkin müsahibələrin keçirilməsi;
  • Namizədlərlə görüşlərin təşkili və keçirilməsi;
  • Müsahibə nəticələri barədə namizədlərin məlumatlandırılması;
  • İş təklifi formalarının hazırlanması və seçilmiş namizədlərin elektron poçt ünvanına göndərilməsi;
  • Vakansiyalarla bağlı struktur rəhbəri ilə işin təşkilinin aparılması;
  • Gələcəkdə vakant yerlər üçün potensial namizədlərin məlumat bazasının saxlanılması;
  • Açıq vakansiyalara dair hesabatların daim yenilənməsi;
  • İşə qəbul prosesi ilə bağlı yekun hesabatların hazırlanılması;
  • Yeni işə qəbul edilmiş namizədin şəxsi işinin hazırlanılması;
  • İşə qəbul qaydalarının, prosedurlarının tərtib edilməsində iştirakı;
  • Əmək yarmarkaları və digər işə qəbul layihələrində iştirakı;
  • Yeni işçilərin yerləşdirilməsi ilə bağlı prosedura uyğun tədbirlərin görülməsi;
  • İşdən azad olunan işçilərə son haqq-hesabın verilməsi, işçiyə verilən imtiyazların geri alınmasına – nəzarət edir
  • İşçilərin məlumat bazasını yaradılmasına və daim yenilənməsinə nəzarət edir
  • İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir
  • İşçilərin sınaq müddətlərinin izlənilməsi, işçinin aid olduğu struktur vahidlərinə sınaq müddətinin dəyərləndirmə formalarının göndərilməsi;
  • Müxtəlif yazılı və şifahi müraciətlərin cavablandırılması;
  • Egov və İSB portalında əməliyyatların aparılması;
  • İşə qəbul, işdən azad, vəzifə, struktur və əmək haqqı dəyişikliyi, intizam tənbehi, mükafat və ümumi əmrlərin yazılması və portala daxil edilməsi
  • İşə qəbul olan işçilərin əmək haqqı kartı və giriş-çıxış kartlarının hazırlanmasını təmin etmək;

İş şəraiti: Dəmirçi Plaza, 23-cü mərtəbə

İş qrafiki: Bazar ertəsi – Cümə 09:00-dan 18:00-dək

Əmək haqqı aralığı: 700-1100 AZN

Qeyd: Daim öz üzərində çalışan, bilik və bacarıqlarını mütəmadi artıran, sektorun yeniliklərini izləyən və inkişaf etmək niyyətində olan namizədlər üçün qısa müddətdə karyera yüksəlişi imkanı mövcuddur. [email protected]

İşin aid olduğu sahə

Kateqoriyaİnsan Resursları (HR)