11.04.2023
Vakansiyanın təsviri
- Cəmiyyətin Müqavilələrinin hüquqi ekspertizasını həyata keçirmək;
- Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
- Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
- Sığorta məhsullarının hüquqi ekspertizasını həyata keçirmək;
- Cəmiyyətdaxili sənədlərin bir-biri ilə, o cümlədən AR mövcud qanunvericiliyi ilə düzgün və uyğun şəkildə tətbiq edilməsinə nəzarət etmək;
- Dövlət orqanları, hüquqi və fiziki şəxslərin sorğularının cavablandırılmasında iştirak etmək;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarət etmək;
- Təlimatın, qaydaların və prosedurların hazırlamasında iştirak etmək, ekspertizasını həyata keçirmək və rəy vermək;
- AR qanunvericiliyi ilə nəzərdə tutulmuş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;
Xüsusi tələblər
- Ali hüquq təhsili;
- MS Office proqramlarında işləmək bacarığı;
- Korporativ hüquq sahəsi üzrə ən azı 3 (üç) il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti (rus və ingilis dilləri arzu olunandır).
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Hüquq, Sığorta |