9 C
Baku
Thursday, December 12, 2024

İnsan Resurslarının idarəedilməsi üzrə Mütəxəssis (Əmək haqqı hesablanması üzrə ) – Caspiantech QSC

0
İnsan Resurslarının idarəedilməsi üzrə Mütəxəssis (Əmək haqqı hesablanması üzrə ) – Caspiantech QSC
28.06.2019

İnsan Resurslarının idarəedilməsi üzrə Mütəxəssis (Əmək haqqı hesablanması üzrə mütəxəssis)

Haqqımızda:

“Caspian Tech” QSC Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilmişdir. “Azərinteltek” QSC-nin ticarət nişanı olan “TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başladı. “TOPAZ” 2013-ci ildə tazı yarışı oyunlarına start verməklə yanaşı, “Azərlotereya” ASC-nin lotereya məhsullarının satışına başladı. “TOPAZ” markası 2012-ci ildən etibarən Azərbaycan Premyer Liqasının sponsorudur. Bundan başqa, hazırda bütün Azərbaycan üzrə “TOPAZ”-ın təxminən 500 eksklüziv satış agenti var.

Vəzifənin adı : İnsan Resurslarının idarəedilməsi üzrə Mütəxəssis (Əmək haqqı hesablanması üzrə mütəxəssis)

Öhdəliklər:

• Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət edilməsi;
• Əməkdaşların əmək stajını və əlavə məzuniyyət günlərinin hesablanması;
• Cəmiyyətin əməkdaşlarının davamiyyət (üzrlü və üzrsüz səbəbdən işə gəlməmə) məsələlərinin qeydiyyata alınması, nəzarət edilməsi, zərurət yarandıqda lazımi tədbirlərin görülməsinə dair şöbə əməkdaşına müvafiq təlimatların verilməsi;
• Məzuniyyət, xəstəlik və / və ya analıq ərizələrinə / vərəqlərinə əsasən müvafiq hesablamaları təşkil və nəzarət edilməsi;
• Cəmiyyətin bütün strukturlarına aid aylıq davamiyyətin hesablanmasını təşkil və nəzarət edilməsi;
• Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatların vaxtında və düzgün emal olunmasını təmin edilməsi;
• Əmək haqqı sistemi vasitəsilə şirkət üçün əmək haqqının hazırlanmasını düzgün və vaxtında həyata keçirməsi;
• Əmək qanunvericiliyinə və şirkətin siyasətinə uyğun olaraq əmək haqlarının işçilərə verilməsini təmin edilməsi;
• Əmək haqqıya dair hesablamalar aparmaq və hesabatlar tərtib edilməsi;
• Əmək haqqına dair bütün sorğu/sualları həll edilməsi;

• Əmək haqqının verilməsinə dair vasitələr, ən yaxşı təcrübələr və prosesləri təkmilləşdirilməsi;
• Əmək haqqını hesablamaq, rüblük və illik hesabatlar hazirlamaq və Dövlət Sosial Fonduna təqdim edilməsi;
• “BTP” (Vergi ofısi) və “B3Editor” (Sosial Fond) e-mail hesabat proqramından istifadə etməklə, Azərbaycan Respublikasının qanunvericiliyinə və yerli tələblərə uyğun olaraq vergilərə dair aylıq, rüblük və illik olaraq hesabatlar, о cümlədən statistik hesabatların tərtib edilməsi;
• Əməkdaşlar üçün sosial sığorta kartlarının müvafiq qaydada ARDSMF-dan təhvil alınması və əməkdaşa təslim edilməsi;
• İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açılması və əməkdaşların əmək haqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətlərin həyata keçirilməsi.

Namizəddə tələblər:

• Ali İqtisadi – mühasibatlıq, audit və ya maliyyə üzrə təhsil;
• Əmək haqqı hesablanması üzrə ən azı 2 il iş təcrübəsi; 
• Vergi məcəlləsi, Əmək məcəlləsi, DSMF haqqında qanun və aidiyyatı qanunvericiliklər haqqında biliklərin olunması;
• 1 C proqramı üzrə işləmə bacarığı.
• Ms Office işləmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  13 iyul 2019-cu il tarixinədək  [email protected]  elektron ünvanına göndərə bilərlər. Mövzu yerində İnsan Resursları üzrə Mütəxəssis qeyd etməyinizi xahiş edirik.

İşin aid olduğu sahə

Kateqoriyaİnsan Resursları (HR)