22 C
Baku
Monday, July 22, 2024

İnsidentlərə monitorinq və Cavab / Kiçik Mütəxəssis – PASHA Bank

0
İnsidentlərə monitorinq və Cavab / Kiçik Mütəxəssis – PASHA Bank
Bakı
27.03.2023

İşiniz nədən ibarətdir?

  • Təhlükəsizlik riskləri və təhdidlərini aşkarlamaq məqsədilə təhlükəsizlik hallarının monitorinqi və analizinin aparılması üçün müxtəlif təhlükəsizlik və monitorinq vasitələrindən istifadə etmək;
  • İnsidentlərin mövcudluğunu yoxlamaq;
  • Son istifadəçilər tərəfindən email vasitəsilə daxil olan həyacanları nəzərdən keçirmək və sorğu açmaq;
  • Daxil olan sorğuların birinci dərəcəli çeşidlənməsini aparmaq(hadisənin prioritetliyinin ilkin qiymətləndirilməsi, risk və zədələrin müəyyən edilməsi və ya təhlükəsizlik və ya məxfi məlumat sorğusunun müəyyən edilməsi məqsədilə insidentin ilkin aşkarlanması);
  • İlkin tədqiqat aparmaq;
  • Həyacanların və onlara asılı olan sistemlərin monitorinqini aparmaq;
  • Yüksək prioritetli insidentlər haqqında L2 analitiklərini məlumatlandırmaq;
  • İnsidentləri L2 analitiklərinə eskalasiya etmək;
  • İnsidentlərin həllində hətta onlar artıq eskalasiya olunduğu təqdirdə aktiv iştirak etmək(məlumat toplama);
  • İnsidentin idarəedilməsi prosesini dəstəkləmək üçün digər komanda heyəti ilə sıx çalışmaq;
  • Təyin olunmuş sorğuların növbəliliyi əsasında işləmək;
  • Aşağı və bəzi orta dərəcəli insidentlərə cavab vermək;
  • Yanlış həyacanlarla bağlı mühəndislik komandasına məlumat vermək;
  • Cari zəifliklər və təhdidlər haqqında xüsusilə, daxili sistemlərə birbaşa təsir edənlər haqqında məlumatlı olmaq;
  • Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq. Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək. Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək;
  • Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək. İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Sizdən nə tələb olunur?

  • Təhsil: İnformasiya texnologiyaları, Riyaziyyat və digər əlaqəli sahə üzrə bakalavr dərəcəsi
  • Tələb olunan iş təcrübəsi:  İT Əməliyyatları üzrə minimum 0-1 il iş təcrübəsi
  • Lisenziya / Sertifikat: Arzuolunan- CCNA, RHCSA, MCP, MCITP, CCNA Security, CompTIA Security+
  • Xarici dillər: İngilis(orta),Rus dili arzuolunan(orta)
  • Kompüter bilikləri:
  • Ümumi kibertəhlükəsizlik anlayışı
  • Ümumi desktop OS və server OS biliyi
  • Şəbəkə protokolları (i.e. TCP/IP);
  • Təhlükəsizlik təhdidləri və zəifliklər haqqında ümumi məlumat
  • Active Directory, LDAP, DNS, VPN və DHCP haqqında anlayış
  • Host-based firewalls, Anti-Malware, HIDS haqqında bilik
  • Başqa tələblər:
  • Güclü analitik və problemi həll etmə bacarıqları
  • Təzyiq altında işləmək
  • Bir komandada səmərəli işləyə bilən komanda oyunçusu
  • Multi-tasking environment
  • Effektiv şifahi və yazılı ünsiyyət bacarıqları
  • Cari insidentə cavab siyasəti ilə işləmək bacarığı

Müraciət linki

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi