19 C
Baku
Thursday, April 25, 2024

İnvestisiya şöbəsinin kiçik mütəxəssisi – PASHA Həyat (Life)

0
İnvestisiya şöbəsinin kiçik mütəxəssisi – PASHA Həyat (Life)
07.06.2019

Struktur bölmə : İnvestisiya şöbəsi
Vəzifə : Kiçik mütəxəssis
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi : 12 iyun 2019-cu il

Əsas vəzifə öhdəlikləri:

1. Maliyyə institutları və digər emitentlərin maliyyə hesabatlarının (o cümlədən prudensial hesabatlarının) toplanması
2. Maliyyə bazarları və alətləri haqqında tələb əsasında zəruri məlumatların toplanması
3. Toplanmış alqı-satqı ilə bağlı və digər sənədlərin ESD sistemə daxil edilməsi  
4. Toplanmış hesabat və məlumatların təhlil olunması üçün emalı.

Namizədə olan tələblər:

İş təcrübəsi : Tələb edilmir;
Təhsili/ixtisası : Ali – Maliyyə, Mühasibatlıq, Riyaziyyat, İqtisadiyyat və ya İqtisadi kibernetika ixtisasları üzrə bakalavr təhsili tələb olunur;
Dil bilikləri : Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərində yaxşı səviyyədə bilməlidir;
Kompüter bilikləri : Böyük məlumat bazaları ilə işləmək bacarığı; Excel proqramından yüksək səviyyədə istifadə, məntiqi düsturları qurmaq bacarığı; Outlook proqramından orta istifadə, korporativ yazışma prinsipləri ilə tanışlıq; Word və PowerPoint proqramlarından orta səviyyədə istifadə bacarıqları.
Üstünlüklər: Riyaziyyat, məntiq və statistika üzrə biliklər, mühasibatlıq üzrə ACCA və ya CFA proqramlarına üzvlük.;
Fərdi keyfiyyət tələbləri : Nəticəyə əsaslanma, inam yaratma, komanda işi və əməkdaşlıq, müştəri yönümlülük, problemlərin həlledilməsi, geniş perspektiv, gələcəyi planlaşdırma..

İmtiyazlar:

Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az, (012) 942

Vakansiya üçün müraciət qaydası : Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək İnvestisiya şöbəsinin kiçik mütəxəssisi vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

İşin aid olduğu sahə

KateqoriyaSığorta