Vakansiya haqqında məlumat:
Struktur bölmə : İnvestisiya şöbəsi
Vəzifə : Mütəxəssis
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi : 6 mart 2019-cu il
Əsas vəzifə öhdəlikləri:
1. Şirkətin depozit portfelini və portfelin öhdəliklərə uyğunluğunu təhlil etmək;
2. Depozit yerləşdirilən bankların hesabatlarını mütəmadi təhlil etmək və bankla bağlı kredit riskini daxili metodologiyaya uyğun hesablamaq;
3. Sığorta ehtiyatlarının strukturunu (müddət, valyuta və s.) təhlil etmək və aktivlərin uyğunluğunu müqayisə etmək;
4. Şirkətin digər struktur bölmə və orqanlarının sorğusuna əsasən investisiyalar üzrə təhlillər hazırlamaq.
Namizədə olan tələblər:
İş təcrübəsi :
Bankın Hesabatlıq (Prudensial və Maliyyə) sahəsində və ya Bankların fəaliyyətinin təhlili sahəsində 2 il iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası :
Maliyyə, İqtisadiyyat, Tətbiqi riyaziyyat, İqtisadi kibernetika və ya Mühasibatlıq ixtisasları üzrə bakalavr dərəcəsi tələb olunur. Magistr təhsili üstünlükdür;
Dil bilikləri :
Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərində yaxşı səviyyədə bilməlidir;
Kompüter bilikləri :
Böyük məlumat bazaları ilə işləmək bacarığı; Excel proqramından yüksək səviyyədə istifadə, məntiqi düsturları qurmaq bacarığı; Outlook proqramından orta istifadə, korporativ yazışma prinsipləri ilə tanışlıq; Word və PowerPoint proqramlarından orta səviyyədə istifadə bacarıqları.
Üstünlüklər:
Riyaziyyat, məntiq və statistika üzrə biliklər; Mühasibatlıq üzrə ACCA və ya CFA proqramlarına üzvlük.;
Fərdi keyfiyyət tələbləri :
Nəticəyə əsaslanma, inam yaratma, komanda işi və əməkdaşlıq, müştəri yönümlülük, problemlərin həlledilməsi, geniş perspektiv, gələcəyi planlaşdırma.
İmtiyazlar:
Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az, (012) 942
Vakansiya üçün müraciət qaydası :
Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək İnvestisiya şöbəsinin mütəxəssisi vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |