Bakı
05.11.2021
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 21.11.2021-ci il
Vəzifə Öhdəlikləri:
- İnvestisiya portfelinin idarəetmə prosesini səmərəli tamamlanmasını təmin etmək məqsədi ilə xarici tərəfdaşlarla münasibətləri qurmaq və bu əlaqələri idarə etmək;
- Xarici tərəfdaşlarla danışıqlar aparmaq və investisiya əməliyyatlarını həyata keçirmək;
- İnvestisiya əməliyyatları ilə bağlı tövsiyələr vermək;
- Bazarda mövcud olan yeni investisiya imkanlarını mütəmadi olaraq izləmək;
- Daxili metodologiyaya uyğun olaraq bankların maliyyə hesabatlarını təhlil etmək;
- Əmanət portfelinin və faiz hesablamalarını yoxlamaq;
- Şöbə müdirindən gələn digər sorğuları cavablamaq;
Namizədə olan tələblər:
- İş təcrübəsi: İnvestisiya sahəsi üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur.
- Təhsili/ixtisası: Maliyyə, İqtisadiyyat, Tətbiqi riyaziyyat, İqtisadi kibernetika və ya Mühasibatlıq ixtisasları üzrə bakalavr dərəcəsi.
- Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: orta, Rus dili: orta.
- Üstünlüklər: Riyaziyyat, məntiq və statistika üzrə biliklər. Mühasibatlıq üzrə ACCA və ya CFA proqramlarına üzvlük və magistr təhsili.
- Kompüter bilikləri: MS Office: əla.
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və təsir göstərmə, geniş perspektiv, problem həlletmə, planlaşdırma.
İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |